Füzulidə Silahlı Qüvvələr Günü qeyd olunmuşdur

26.06.2015 - 12:03

yyHoradiz şəhərində Heydər Əliyev Mərkəzində 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, N saylı Hərbi Hissənin əsgər və zabit heyəti, müharibə veteranları, ictimaiyyət nümayəndələri – ümumilikdə 400 nəfər iştirak etmişdir.
Əvvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, hərbiçiləri Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğulayan Alı Alıyev Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli liderin adı ilə bağlı olduğunu qeyd etmişdir.rr
Alı Alıyev demişdir: “Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilmiş və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirir.“.
Alı Alıyev xalqımıza növbəti bayram tədbirlərini Qarabağda, Şuşada, Füzulidə keçirməyi arzulamışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Azər Quliyev, N saylı Hərbi hissənin zabiti Kənan Hacıyev, Qarabağ müharibəsi veteran, Azərbaycan bayrağı ordenli Sevindik İsmayılov və digərləri çıxış edərək Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən danışmışlar. Bildirmişlər ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev ordunun qüdrətinin artırılmasını daim diqqət mərkəzində saxlayır. Cəbhə bölgəsinə tez-tez səfərlər edərək, hərbi hissələrdə əsgər və zabitlərlə səmimi görüşlər keçirməsi orduda yüksək əhval-ruhiyyə yaradır, qələbəyə olan inamı möhkəmləndirir.tt
Çıxışlarda işğal altındakı ərazilərimizin tezliklə yağı düşməndən azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə etmişlər.
Sonra Azərbaycanda ordu quruculuğundan bəhs edən Video çarx nümayiş olunmuşdur.
Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etmişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27343

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930