Coğrafiyamızın və turizmin Şah nöqtəsi: ŞAHDAĞ

23.06.2015 - 12:58

6-1Azərbaycanda son vaxtlar yerli və xarici turistlərin maraq göztərdiyi ərazilərdən biri də “Şahdağ” Qış-Yay Turizm Mərkəzidir. “Şahdağ” ölkədə yaradılan ilk qış turizm mərkəzidir. Mərkəzin inşasına 2009-cu ildən başlanılıb. Rayon mərkəzindən 32 km məsafədə yerləşən kompleksin ümumi ərazisi 2 058 hektardır və ekoloji sistemi, flora və faunası ilə məşhur olan Şahdağ Milli Parkının ərazisində yerləşir. İlkin mərhələdə kompleksdə 80 turistin gecələməsi üçün şərait yaradılıb. Mərkəzdə xizək zolaqlarından istifadə böyüklər üçün 1 günlük 20 manat, yarım günlük 10 manat, uşaqlar üçün 1 günlük 15 manat, yarım günlük 8 manatdır. Oteldə gecələmək isə 70-100 manat arasında dəyişir.
“Jurnalistlərə dəyər verək”
Bu günlərdə ölkə mətbuatında çalışan 30 jurnalist Qusar rayonuna səfər edib, Şahdağ Turizm Kompleksinin və burda yerləşən “Zirvə” otelinin qış və yay turizm imkanları ilə tanış olublar. S əfər “Jurnalistlərə dəyər verək” layihəsi çərçivəsində gerçəkləşdirilib. Vüqar Quliyevin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində “Todaysbaku.az” saytı və Şahdağ Turizm Kompleksinin əməkdaşlığı ilə jurnalistlər üçün mediatur keçirilib.5
Layihə rəhbəri “Jurnalistlərə dəyər verək” layihəsinin məqsədini açıqlayıb: “Əsas niyyətimiz media nümayəndələrinin istirahətinin təşkil edilməsidir. Jurnalistlər bəlkə də cəmiyyətin ən çox çalışan təbəqəsidir. Onlar çətinliyə, hava şəraitinə baxmayaraq, ictimaiyyəti informasiya ilə təmin edirlər. Ona görə də istədim ki, media nümayəndələrinin istirahətini təşkil edib onlara öz diqqətimizi göstərək. Düzdür, layihə mediatur hesab olunur. Amma yaradılan şəraitə diqqət etsəniz, əsas hədəf jurnalistlər üçün xoş gün təşkil etməkdir”.
Mediaturda iştirak edən jurnalistlər Şahdağ Turizm Kompleksində təşkil olunan 14 növ yay əyləncəsindən istifadə ediblər. Məlumat verilib ki, yay turizminin inkişafını qarşısına məqsəd qoyan komleks dünya turizminin əyləncələrini Azərbaycana gətirməklə kifayətlənməyib. Turistlərin rahatlığının təminatı üçün nəqliyyat xidməti də yaradılıb ki, xüsusi avtobuslarla birbaşa reyslər təşkil edilir.3
Qeyd edək ki, “Jurnalistlərə dəyər verək” lahiyəsinin rəhbəri Vüqar Quliyev bu layihənin 3 mərhələdə həyata keçiriləcəyini diqqətə çatdırıb: “Hədəflərimiz böyükdür. Bu layihəni 3 mərhələdə reallaşdırmağı nəzərdə tuturuq. “Jurnalistlərə dəyər verək” layihəsinin davamı Türkiyədə olacaq. Ən son hədəfimiz isə ABŞ-a getməkdir”. Cumhuriyyet.az olaraq Şahdaşda keçirilən bir gündən sonar Azərbaycanın bu gözəl məkanı və burdakı turizm imkanları haqda topladığımız məlumatları sizə təqdim etməyi borc bildik.
Onun adı bir eşq hekayəti ilə yazılıb, yoxsa?
Azərbaycanın Böyük Qafqaz sıra dağları boyunca yerləşən Şahdağ Qusarın cənnət guşələrindən biridir. Hündürlüyü 4243 metrə çatan bu dağın adıyla bağlı toponimik araşdırmalardan məlum olur ki, onun mənşəyi yüksək, uca, hündür dağ olmasına görə Şah dağ, yəni “dağların şahı”, “ən yüksəyi” adlandırılmışdır. Şah sözü Azərbaycan toponimiyasında “hündür”, “yüksək” mənasında işlənir. Azərbaycan ərazisində mövcud dağlardan ən hündür olmasına görə fərqlənən bu toponim tədqiqatçıların fikrini təsdiq edir. Şah dağ – “uca dağ”, “hündür dağ” deməkdir.Şahdağın adı haqqında maraqlı xalq rəvayətləri də var. Bu rəvayətlərin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi, adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, arvadı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini bildirir. Şah, arvadı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır.8
Qız da oğlana ilk baxışdan vurulur. Lakin qız həmin vilayətdə başqa bir oğlana nişanlı idi. Oğlan belə qərara gəlir ki, qızı həmin vilayətdən qaçırıb öz vilayətinə gətirsin. O, belə də edir. Qızla vilayətdən çıxhaçıxda padşah bundan xəbər tutur və atlılar oğlanla qızın arxasınca düşürlər.
Oğlan qızı öz vilayətinə gətirib ata-anasına təhvil verir, özü isə dağın başına çıxıb qoşunun gəlməsini izləyir. Artıq qoşun vilayətin ərazisində idi. Oğlan qoşuna ox atıb onlardan bir neçəsini öldürür. Qızın nişanlısı oğlanı dağın başında görür və ürəyini nişan alır. Ox oğlanın ürəyinə sancılır və ölür. Qızın nişanlısı heç kimin xəbəri olmadan otağa girir, bir ox da qızın ürəyinə sancır. Oğlunun ölümünü şaha xəbər verirlər. Elə həmin vaxtdan da dağın adı “Şah dağı” qalır.
Şahdağın gözəl təbiətinin, qiymətli flora və faunasının qorunması məqsədilə 2006-cı ildə burada qoruq yaradılmasına qərar verilib. Qoruğun ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, bundan Ismayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, Ismayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 08 iyul sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14 613,1 hektar genişləndirilərək, 130 508,1 hektara çatdırılmışdır.4
Əsrlər boyu Azərbaycanın şimal-şərq hissəsi Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirib. Burada, möhtəşəm Qafqaz Dağlarının kölgəsində görülməmiş gözəlliklər gizlənir.
Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvan aləminin ekoloji xəzinəsi. Bu, bütün cah-calalı iləŞahdağdır. İl boyu idman və istirahətə çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir. Bura, regionun ən böyük xizək kurortunun yerləşdiyi, dünyanın ən böyük milli parklarından biri üçün müqayisə olunmaz bir məkandır. Heyrətamiz gözəl, zamandan gizlədilmiş cənnət olan Şahdağ, insanlara tezliklə unudulmayacaq bir təəssürat baxışlayır.
Qiş idman oyunlari
Müxtəlif təcrübə səviyyələrinə uyğun, planlaşdırılan 19 xizəksürmə yamacında Şahdağ Turizm Mərkəzi dünya səviyyəsində həyəcanlı xizəkçilik idman oyunlarını təqdim edir. Mərkəzin öz xizəkçilik məktəbi yeni başlayanlar, eləcə də daha təcrübəli xizəkçilərə fərdi şəkildə təcrübəli təlimatçıların dərslərini təklif edir.
Xizəkçiliyə əlavə olaraq yamaclarda həmçinin snoubord və aeroxizəkdə sürüşmək kimi həyəcanlı imkanlar da təklif edilir. Digər qış oyunlarına, xüsusən də uşaqlar üçün oyunlara kvadrosikldə gəzinti, şardan qalalar və tübinq daxildir. Əlavə olaraq Mərkəzin Spa salonu qar və buzdan sonra təravətləndirici istirahəti təmin edəcəkdir.
Yay idman oyunlari2
Yay mövsümündə biz sizə, bütün yaşlara uyğun, Macəralar parkından tutmuş şişirdilmiş qalalara və kvardosikllərdə gəzinti və Nordik gəzintisinə qədər müxtəlif növ idman oyunlarını təklif etməkdən məmnunuq.
Bunlar hamısı, tam yeni, 4 ulduzlu, lift bazası olan Zirvə Otelinin yaxın ərazisində yerləşir.
Otellər
Şahdağ Milli Parkının yaxınlığında yerləşən əzəmətli və valehedici dağ mənzərəsi ilə əhatə olunan Şahdağ Turizm Mərkəzi, hər kəsin həzz alacağı müasir binalar təklif edir. Hər binanın özünəməxsus cazibəsi və gözəlliyi vardır və hər biri, seçiminizə müxtəlif müasir və dəbdəbəli otaqlar təqdim edir.
Zirvə oteli
Lift Bazası olan Zirvə Oteli, xizək həvəskarları və turistlər üçün xüsusilə yaradılmış müasir üç ulduzlu oteldir. Zirvə Oteli gözəl Şahdağ Dağ İstirahət kompleksini seyr etmək üçün mükəmməl məkandır.
Qaya evləri7
Ailəvi xizəkçilik və dağ oteli – evidir. Burada çox rahat otaqlarda ailələr birlikdə qala, habelə ayrı otaqlarda sərbəst dincələ bilərlər.
Sahdağ otel və spa
Azərbaycanda birinci müasir dağ Otelidir. Müasir, lakin eyni zamanda yerli adət ənənəyə hörmətlə yanaşan Şahdağ Otel və Spa, qonaqlara dünyanın hər hansı bir dəbdəbəli otelinə bərabər səviyyədə xidmət təklif edir.
Pik palace Şahdağ
PİK PALACE ŞAHDAĞ Bakı şəhərindən 230 kilometr şimalda, Şahdağ turizm kompleksində yerləşən ilk dəbdəbəli istirahət məkanıdır. Dağların əzəmətli gözəlliyi ilə əhatə olunmuş və hər bir elementi məmnunluq və sevinc doğuran kompleks unudulmaz təəssürat yaradır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27960

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728