Füzuli Cəfərovun puça çıxan sesnasiyası

13.07.2015 - 00:44

saatlıÖtən həftə medianin diqqət ayırdığı olaylardan biri də Saatlı rayon bələdiyyəsi ilə bağlı oldu. Belə ki, bələdiyyə sədri vəzifədən uzaqlaşdırılmış və yerinə yeni şəxs seçilmişdir. İlk baxışda adı sayılan bu hadisəni sabiq bələdiyyə sədri Füzuli Cəfərov özünü təbliğə, qara piara çevirərək müxtəlif ittihamlar səsləndirib. Bu ittihamlar sıradan bir fikirlər deyil, çox yəqin ki, Saatlı rayon icra hakimiyyəti və müvafiq qurumlar, o cümlədən hüquq mühafizə orqanları bu ittihamlarla bağlı gərəkən tədbirlər görəcək. Biz isə media olaraq məsələnin digər tərəfinə diqqət yetirmək istərdik.

Azərbaycanda çox qəribə tendesiya yaranıb: vəzifədən uzaqlaşan və ya uzaqlaşdırılan bir-iki radikal fikir səsləndirir, sensasiya yaradır və olur qəhrəman. Halbuki, həmin anadək bu şəxs başqa fikirdə olub və ona qəhrəman deyənlərin münasibəti də fərqli olub. Elə Füzuli Cəfərovun timsalında olduğu kimi. Axı Saatlı rayonunda hamı bilir ki, F.Cəfərov həm bələdiyyə sədri olarkən, həm də bundan əvvəl Qızıl Aypara Cəmiyyətinin rayondakı rəhbəri kimi icra hakimiyyətinin rəhbər şəxsləri haqda təriflər söyləyib, onların bir sözünü iki etməyib. İndi nə baş verdi? “Bağda ərik var idi…?”Azərbaycan reallığında bu azından normal qəbul olunmur. Digər bir tərəfdən, F.Cəfərov iddialarına bu qədər güvənirsə niyə hüquq-mühafizə orqanlarına müraciət etməyib? Bu bir yana qalsın bələdiyyə sədrliyindən çıxarkən möhürü və bəzi mühüm sənədləri özü ilə götürüb rayondan çıxmaq vəzifə və kresloya görə dövlətə üsyan etmək deyil bəs nədir? Ən qəribəsi isə cəmi bir neçə ay bələdiyyə sədri olmuş bir şəxsin az qala Saatlıda görülən bütün işləri öz adına çıxmasıdır.

Başqa bir müəmma da var. F.Cəfərov vəzifədən kənarlaşan kimi dərhal mediaya-özü də uzun müddətdən bəri Saatlı rayonu haqda tənqidi materiallar dərc edən mediaya necə oldu ki belə asanlıqla yol tapa bildi? Tək elə bu fakt zaman-zaman Saatlı rayon icra hakimiyyətinin ayrı-ayrı vəzifəli şəxsləri haqda yazıların arxasında kimin durması haqda şübhələr yaratmır ki? Yeri gəlmişkən, Füzuli Cəfərov haqda araşdırmalar apararkən internet mediasında maraqlı bir yazıya rast gəldik. Bu yazıda F.Cəfərov rayon ağsaqqalı, camaatın tək ümüd yeri kimi təqdim olunur və paralel olaraq icra hakimiyyətinin müavin, şöbə müdirləri tənqid olunur. Sifarişçi haqda çox düşünməyə dəyməz. Eyni zamanda bütün bunlardan sonra F.Cəfərovun bələdiyyə sədri postunda olarkən tezliklə icra başçısı təyin olunacağını deməsi və bunun şərəfinə dəfələrlə ziyafətlər də təşkil etməsi haqda fikirlərə inanmamaq olmur.

Göründüyü kimi, baş vermiş hadisənin gerçək mahiyyəti ortadadır: Saatlı rayon sabiq bələdiyyə sədri Füzuli Cəfərov açıqdan açığa rayon icra hakimiyyətinə qarşı gizli piar kampaniyası aparır və öz vəzifəsinin icrasından daha çox siyasi mübarizə ilə məşğul imiş. Bunun müqabilində tədbir görülməli imiş və bələdiyyə üzvləri də toplaşıb gərəkən qərarı veriblər. Özü yıxılan ağlamaz deyiblər. F.Cəfərovun yıxılmağı isə birbaşa oturduğu budağı baltalamasının nəticəsidir. İndi daha ucuz sensasiyalara nə gərək var, nə də əsas. F.Cəfərov 10 ildən artıq Qızıl Aypara Cəmiyyətinin rayondakı rəhbəri olub. Qızıl Aypara Cəmiyyəti xeyriyyəçi bir təşkilatdır və 10 il bu qurumun rəhbəri olmaq  yüzlərlə vətəndaşa yardımçı olmaq deməkdir(təbii ki, əgər ortada normal fəaliyyət olarsa). Əgər onun dediklərində zərrə qədər həqiqət varsa “xalqın qayğısına qalan”, “haqsızlığın qurbanı olan” bu şəxsin vəzifədən getməsinə Saatlıda heç olmasa bir vətəndaş etiraz edərdi, yaxud ona dəstək olardı. Olmayıb, olması da gözlənilmir. Çünki bələdiyyə sədri postu üçün bu qədər hay-küy qaldıran F.Cəfərov Qızıl Aypara Cəmiyyətinin rayon filialını da şəxsi obyekti kimi yanaşıb və özündən sonra bu “obyektə” yaxınını təyin etdirib. Tək elə bu fakt hər şeyi aşkarlamırmı?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28000

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031