Siyasi fəal ölkəni tərk etdi
Müsavat Partiyasının Oğuz rayon təşkilatının gənclərlə iş üzrə müavini Pərviz Şahin oğlu Mustafayev partiyanın fəallarındandır. Dəfələrlə həbs olunan P.Mustafayev həbsdən yeni buraxılmasına baxmayaraq ona qarşı polis təqibi yenə də davam etməkdədir.
2014-cü ilin noyabr ayında Pərviz Mustafayevin Oğuz şəhərində fəaliyyət göstərdiyi ofisinə polis tərəfindən basqı edilərək ona aid olan şəxsi əşyalara əl qoyulmuşdur. Aldığımız məlumata görə hadisə zamanı P.Mustafayev polis tərəfindən ciddi xəsarət almışdır. Yenidən həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldığı üçün P.Mustafayev 2014-cü ilin noyabr ayında mühacirətə getməyə məcbur olmuşdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=28353