ADP -çi gənclər və tanınmış köşə yazarı mitinqdən sonra döyüldü

15.03.2015 - 22:53

xaric3Milli Şuranın 15 mart 2015-cü il tarixli aksiyasında aktiv iştiraklarına, həmin aksiyaya insanları cəlb etdiklərınə və aksiya zamanı hakimiyyətin ünvanına radikal şüarlar səsləndirdiklərinə görə ADP fəalları Pərvanə Həşimova,Tural Məmmədov Eldar Rəşidov və tanınmış tənqidçi yazar İlqar Agayev aksiyadan sonra naməlum şəxslər tərəfindən döyülmüşdülər.
Belə ki, aksiya başa çatdıqdan sonra axşam saatlarında yaşadıqları ünvanlara piyada getdikləri zaman 7-8 nəfər idmançı görkəmli şəxs onlara yaxınlaşaraq nəyə görə mitinqə qatıldıqlarını və aksiya zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirdirdiklərini soruşublar.
Aktivistlər isə mitinqə qatılmaq və orada şüarlar səsləndirmək onların hüququ olduğunu, buna görə kiməsə hesabat verməli olmadığqlarını bildirmiş və həmin şəxslərin kimliyini soruşmuşdurlar. Həmin şəxslər isə özlərini təqdim etmdədən nalayiq ifadələrlə təhqir etməyə başlayıblar. Onların bu hərəkətlərinə reaksiya verən fəallara qarşı həmin şəxslər hücum edərək döyməyə başlamış, və aktivistləri təhqir edərək bildiriblər ki, aksiyalara qoşulacaqları halda başlarına oyun açacağıq, digər dostların kimi səni də şərləyib türməyə soxacağıq. Onlar həmçinin ADP fəallarına və yazar İlqar Ağayevə mitinqlərə qoşulmamağı və təmsil olunduqları partiyadan istefa verməklərini tələb ediblər. Baş vermiş hadisənin səs-küyünə ətrafda olan insanlar gələrək fəalları həmin şəxslərin zorakılığından müdafiə ediblər. Hadisə yerinə toplaşan insanların çoxluğunu görən həmin şəxslər,ətrafa yığılan insanlarıda təhdid etdikdən sonra hadisə yerindən uzaqlaşmışlar. Hava şəraiti qaranlıq olduğuna görə həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmayıb. ADP fəallarına və tanınmış köşə yazarına qarşı törədilən zorakılıq sözsüz ki, hakimiyyət orqanlarının siyasi sifarişi əsasında həyata keçirilib. Çünki, ölkədə olan mövcud rejim zaman-zaman müxalifət düşərgəsinin aktiv üzvlərinə, o cümlədən ADP fəallarına qarşı bu cür iyrənc metodlardan istifadə edib. Məqsəd isə insanlarda xof yaratmaq onları siyasi fəaliyyətdən və mübarizədən çəkindirməkdir. Bu cür metodlar effekt verməyəndə isə müxalifətçi fəalların ya cibinə narkotik atır, ya evindən silah “çıxarır”, ya da başqa qondarma və saxta ittihamla həbsə atır. Necə ki, bu gün yüzlərlə müxalifət fəalı hakimiyyətin qondarma və saxta ittihamları ilə türmələrdə çürüyür.xaric5
Avropa Şurası, Avropa Birliyi və bir sıra başqa beynəlxalq təşkilatların Azərbaycan hökumətini ölkədə siyasi islahatlara çağırdığı halda, hakimiyyətin siyasi motivli həbsləri davam etdirməsi, müxalif düşüncəli insanları davamlı olaraq təqiblərə, təzyiqlərə, zorakılıqlara və diskriminasiyaya məruz qoyması onu göstərir ki, bu rejim islah olunan deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=28652

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31