Füzulidə səhiyyəyə qayğı

03.08.2015 - 15:33

Füzuli rayon MX-na yeni təcili tibbi yardım maşınları verilib

rrSəhiyyə Nazirliyi tərəfindən Füzuli rayon Mərkəzi Xəstəxanasına yeni təcili tibbi yardım maşınları verilib. Artıq təcili tibbi yardım maşını məcburi köçkünlərin məskunlaşdıqları Qayıdış qəsəbə xəstəxanasının balansına götürülüb. Bu günə kimi təcili tibbi yardım maşını olmayan qəsəbə sakinləri bu xəbəri sevinc hissi ilə qarşılayıblar.
Qəsəbə sakinləri bildirilər ki, rayonda təcili tibbi yardım (Ambulans) maşınlarının sayının azlığı, mövcud təcili yardım maşınlarının müasir tələblər səviyyəsində olmaması, keçmiş sovet istehsalı olub istismar müddətini başa vurması, ərazinin genişliyi, müraciətlərin çoxluğu bu sahədə işin təşkilini çətinləşdirdi. Gecə çağırışları, xüsusilə Horadiz şəhəri ilə Qayıdış qəsəbələri arasındakı məsafənin 50 km-dən artıq olması çağrışlara vaxtında cavab verilməsində çətinliklər yaradırdı ki, bu da xəstə sahiblərinin haqlı narazılığına səbəb olurdu.
Artıq yeni təclili tibbi yardım avtomobilinin verilməsi ilə qəsəbədə yaşayan məcburi köçkünlərin bu problemləri də həll olunub.
Ümumilikdə 5 minə yaxın məcburi köçkünün məskunlaşdığı 6, 7, 8, 9, 10, 11 saylı Qayıdış qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
İşğaldan azad olunmuş ərazidə ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə əhalinin normal yaşaması üçün hər cür şərait yaradılıb. Qəsəbələrdə məskunlaşan məcburi köçkünlərin işıq, qaz, su və digər məişət qayğıları təmanasız olaraq həll olunub, əahali yeməkxərci müavinəti alır, qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazlardan istifadə edirlər.
Qəsəbələrin hər birində məktəb, uşaq bağçası, həkim məntəqəsi, mədəniyyət evi, kitabxana, fəaliyyət göstərir.
Əhalinin sosial müdafiəsinə xidmət edən çoxsaylı xidmətləri füzulililərin Prezident cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevayaya olan inamı güclənir, arzu olunan günlərin – Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır. Füzulili məcburi köçkünlər bu inamla yaşayır və işləyirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29200

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930