Göyçay: böhtanlar və reallıq

03.08.2015 - 00:05

mubarizaqayevMəlum olduğu kimi bu ilin əvvəlində ölkə rəhbərinin sərəncamı ilə bir neçə rayona yeni icra başçısı təyin olundu. Bu sırada Mübariz Ağayevin Göyçay rayonuna icra hakimiyyətinin başçısı təyin olunması haqda sərəncamda var idi. Ötən müddət ərzində rayonda baş verən müsbət dəyişiklik bu təyinatın uğurlu olduğunu göstərir. Belə ki, arxada qalan 6 ay müddətində Göyçayda elə bir miqyasda işlər görülüb ki, təəccüblənməmək olmur.
Prezidentin etimadını doğruldan icra başçısı kimi öz fəaliyyəti ilə yaxşı mənada təəccüb yaratdığı bir zamanda M.Ağayevin qərəzli bədxahları da öz şər böhtanları ilə təəccüb yaradır. Belə ki, son günlər Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev haqqında mətbuatda müxtəlif iddialar səsləndirilir. Az müddət əvvəl bu rayona rəhbər təyin edilən M.Ağayevə qarşı bu kampaniyanın qərəzli omasının ən bariz sübutu onun bu rayona təyinatından əvvəlki problemləri də icra başçısının adına yazmaq cəhdləridir. Halbu ki, Göyçay rayon sakinləri real durumun fərqli olduğunu bilirlər. Göyçayın bir neçə ay əvvəlki görnüşü ilə indiki abadlığı arasındakı fərq də hər şeyi ortaya qoyur.
Mübariz Ağayev Göyçaya rəhbər gətərildiyi vaxtdan rayonda hərc-mərclik yaratmaq istəyənlərin hədəfinə çevrildi. Amma bütün bunlar uğursuz cəhdlərdir və cənab Ağayev günü-gündən abadlaşan Göyçayla o şəxslərə də yerini göstərir. Əlləri hər yerdən üzülən böhtançılarsa icra başçısının rayondakı nüfuzu və göyçaylılar tərəfindən sevilməsi qarşısında aciz qalaraq başqa üsullara əl atırlar. İş o yerə çatır ki, icra başçısının gözdən salmaq üçün onun komandasını ləkələmək istəyirlər. Halbu ki, görülən işlər həm də icra başçısı ilə komandasının bir yumruq kimi fəaliyyətdə olmasının nəticəsidir. Bir rəhbər kimi Mübariz müəllimin uğurları həm də kadr seçimi ilə bağlıdır. Bundan əvvəl Quba rayon icra başçısı işləyərkən birgə çalışdığı gənc dövlət məmuru Arif Yusifovun bu gün Göyçayda da onunla birgə olması cənab Ağayevin gənclərə verdiyi dəyərin və komandasında sədaqətli, bacarıqlı kadrların yer almasına üstünlük verdiyinin göstəricisidir. Bütün bunları hesaba almadan yazılanlar isə ancaq qərəz və böhtan əlaməti sayıla bilər. Qərəz və böhtanı özlərinə xobbi sayan şəxslərin , həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Mübariz Ağayevə qarşı kampaniyası, icra başçısının imicinə xələl gətirmək amacı yalnız gülüş doğurur. Bu səbəbdən də mediada onun və komandasına qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, Mübariz Ağayev və onunla birgə çalışanlar dövlət quluğunda şərəflə çalışırlar. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edirlər. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.
Maraqlıdır ki, bir müddət bundan əvvəl Göyçay rayonunda yaşayan əhali sosial sıxıntılar məngənəsində əziyyət çəkəndə heç kəs bu haqda bir kəlmədə olsa yazmırdı. Demək, ortada maraq var… Həmin maraqlı qüvvələrin kimliyinə gəlincə isə onların çox kiçik düşüncəli şəxslər olduğu hər kəsə bəllidir. Mübariz Ağayevin Göyçay rayon icra başçısı təyin edilməsindən sonra əldə olunan uğurlara rəsmi statistik məlumatlar əsasında nəzər salaq. İlin birinci yarısında Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi 110,6 milyon manat təşkil edib. Ötən müddət ərzində 9,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bunun da 72,2 faizi qeyri-dövlət bölməsinin payına düşür. İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,3 milyon manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə yatırılan investisiyaların həcmi isə 13,5 milyon manat təşkil edib. Rayon iqtisadiyyatına yönəldilən investisiyaların 95,1 faizi istehsal təyinatlı obyektlərin inşasında istifadə olunub. Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurma layihəsinin ikinci mərhələsi çərçivəsində işlər davam etdirilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Bığır, Mırtı, Alıkənd və Yeniarx kəndlərində modul tipli su təmizləyici qurğuların tikintisi, Mallışıxlı-Ərəbşahverdi və Müskürlü-Qəbələ Müskürlü kəndlərarası avtomobil yollarının inşası, şəhərin Heydər Əliyev prospektində, Natavan, Ə.Kərim, M.Hüseynzadə, Nizami, M.Ə.Rəsulzadə küçələrində əsaslı yenidənqurma işləri aparılıb. Hesabat dövründə YAP Göyçay rayon təşkilatı və musiqi məktəbi üçün yeni inzibati binanın tikintisinə də başlanılıb. 2015-ci ilin birinci yarısında Göyçayda 324 yeni iş yeri açılıb. Bütövlükdə 2003-2015-ci illərdə rayonda 10587 yeni iş yeri yaradılıb ki, bunun da 8543-ü və ya 80,7 faizi daimi iş yeridir. Cari ilin 6 ayında əhalini narahat edən sosial-məişət problemlərinin aradan qaldırılması, sosial sahələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilib, mərkəzi rayon xəstəxanasının əsaslı yenidən qurulması işləri davam etdirilib, Qızılağac kəndində yeni həkim tibb məntəqəsi istifadəyə verilib. Həmçinin hesabat dövründə rayonun Şahsoltanlı, Yekəxana, Məlikkənd və Şıxbəy kəndlərinə təbii qaz verilişi təmin olunub, Şıxəmir, Qaraman, Xəlitli, Aşağı Qaraməryəm, Alxasava, Çaxırlı və Üngütlü kəndlərinin təbii qazla təminatını bərpa etmək məqsədi ilə işlər davam etdirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29275

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031