İsmayıllı sakinlərindən icra başçısına daha bir təşəkkür
Tarixən xalqın,toplumun taleyi tapşırılmış vəzifə sahibləri haqqında xeyli sayda vacib olan misallar səslənmiş,onlardan hətta dəyər kimi bu günümüzdə də istifadə olunur.Məsələn rəhbər şəxs ilə təmsil etdiyi xalq arasında etibarlılıq deyilən bir prinsip var.Bu haqda filosofların belə bir fikri var.Özümü sevəndən sonra anladım ki,darıxmaq və tənhalıq həqiqətlərimin əksinə yaşadığıma dair xəbərdarlıq siqnallarıdır.Bu gün bilirəm ki,buna- Etibarlılıq deyilir.Digər bir deyimdə filosoflar buyurur.Özümü sevəndən sonra anladım ki,bir insanın boynuna arzusunda olduğu şeyləri etmək vaxtının çatmasını qoymaqla,onun buna hazır olmadığını nəzərə almamaq,onun xətrinə dəymək deməkdir və bu insan elə mən özüməm.Bu gün bilirəm ki,buna- Etiraf deyilir.İsmayıllıda məlum hadisələrdən öncə uzun illər insanların başına olmazın oyunlar açılıb.Həmin dönəmdə insanlar heç bir dövlət orqanında ədalət tapa bilmirdilər.Vəzifə başında olan məmurlar vətəndaşlara gəlir mənbəyi kimi baxırdılar.Məhz bu ədalətsizlik mühiti sonda İsmayıllı üsyanını yetişdirdi.Ən ağrılısı budur ki,İsmayıllının çörəyini yeyib,suyunu içən bi şərəflər İsmayıllıların ünvanına ağır söyüşlər söydülər.Təbii ki,həmin şəxslər lazımı cəzalarını da aldılar və bütün komanda rayondan rüsvayçı bir şəkildə uzaqlaşdırıldı.Hadisələrdən sonra dövlət başçısı İsmayıllıya yerli kadr olan professor Mirdamət Sadıqovu icra başçısı təyin etdi.Təxminən bir ilə qədər olan müddət ərzində yeni başçı haqqında rayondakı maraqlı qruplaşmaların nümayəndələri mənfi fikir formalaşdırmaq istiqamətində iş apardılar.Sonradan taktika dəyişdi və həmin qüvvələr kiv-vasitəsilə bu missiyanı yerinə yetirmək istədilər.Sonda nə baş verdi?Sonda əsl həqiqət tam çılpaqlığı ilə meydana çıxdı.Rayonda görülən təmir tikinti işləri,rayonda aparılan abadlıq işləri demək olar ki,rayonun simasını yaxşıya doğru xeyli dəyişdi.İnsanlarda əzmkarlıq,əgər sən mənə kömək etməsən gedib başçıya şikayət edəcəyəm deyilən bir inam,yəni rəhbərə inam yarandı.Hər bir sözün,hər bir işin məntiqlə uzlaşması prinsipi var.Nəyə görə Mirdamət Sadıqovda hər şey yaxşı alınır?Bunun bir səbəbi var.Mirdamət Sadıqov yerlidir,elinə obasına,rayonuna bağlı adamdır.Digər səbəblərdən biri də müəllimdir olduqca vicdanlı adamdır.Başqa səbəb həm də ən əsas səbəblərdən biri də odur ki,o insanların sevincinə sevinib,kədərinə kədərlənə bilir.Yəni insanların ağrı acısına şərik çıxa bilir.İstər-istəməz əlahəzrət vicdan onu daşıdığı ictimai missiyaya əməl etməyə sövq edir.İsmayıllı rayonunda xeyli abadlıq işləri aparılan ərazilər var ki,onlardan biri də M.F.Axundov kiçəsində yerləşən 34 nömrəli binanın ətrafıdır.Buradakı son tamamlama işlərindən sakinlər xeyli razı qalıblar.
Ərazidə yaşayan Rəna Aslanovanın söylədikləri.Biz uzun illərdir ki,bu binada yaşayırıq.Binanın ətrafı çox bərbad gündə idi.Binanın ön tərəfində vəziyyət dözülməz həddə çətin idi.Bir də görürdün ki,işıqlar sönüb,qış günü qaranlıq dizə qədər palçığa batırdıq.Əvvəlki icra başçılarının dövründə dəfələrlə qəbula getmişik,rəsmi müraciət etmişik,ancaq heç bir tədbir görməmişdilər.Açığı fikirləşirdik ki,ərizə filan boş şeydir,onsuz da düzələn deyil.Bir sözlə gedib gəlməkdən,boş vədlər eşitməkdən bezmişdik.Mirdamət müəllimə heç müraciət də etməmişik.Bir gün qonşulardan eşitdim ki,başçı şəxsən yoldan keçəndə gəlib binaların ətrafını seyr edib.Heç üstündən 2 gün keçmədi ki, binaların önü asfaltlandı,işıq dirəkləri təzələndi,və sair işlər görüldü.İndi şükür allaha binamızın qarşısı hamar asfaltdır.Biz bütün bina sakinlərinin adından hörmətli icra başçımız Mirdamət Sadıqova dərin minnətdarlığımızı bildiririk.Bir də xahiş edirik ki,imkan düşən kimi binanın arxasındakı ərazilərə də əl gəzdirsinlər.Çox sağ olun bizdən nə aslıdır?Bizdən yalnız bu aslıdır ki,biz icra başçımızı dəstəkləyirik,ona daim dayaq durmalıyıq ki,rayonumuzda daha da yaxşı işlər görsün.Allah sizi qorusun,işinizi avand eləsin.
Ərazidə yaşayan digər sakin Yaqub Xəlilovun dedikləri.Bu məsələ ilə bağlı mən cənab başçıya təşəkkür məktubu göndərmişəm.Binaların önü çox bərbad vəziyyətdə idi.Əvvəlki başçının dövründə şəxsən mən dəfələrlə qəbulda olmuşam,onlarla teleqram müraciət göndərmişəm.Binamızın sakinləri adından imzaları ilə bir neçə dəfə müraciət göndərmişik.Ancaq problem həll olunmayıb.Yəqin mənim bu fikirimlə hamı razılaşar ki,Nizami Ələkbərovun zamanında rayonda açıq özbaşnalıq var idi.Heç kimin problemini həll etmirdilər.İnsanlara yuxarıdan aşağı baxırdılar.Məmurların bir işi var idi rüşvət toplamaq.Dəfələrlə rayonda hansısa layihələrə pul ayrılıb mənimsənilib.Ancaq iş görülməyib.Həmin dövr üçün də dövlət tərəfindən rayonda abadlıq işləri üçün maliyyə vəsaitləri ayrılırdı.Ancaq rəhbər şəxslər tərəfindən mənimsənilirdi.Mirdamət müəllim rayona icra başçısı təyin olunandan bu günə qədər rayonumuzda xeyli təmir tikinti işləri,abadlıq işləri həyata keçirilib.İnsanlarla artıq normal rəftar olunur.Baxın görün nə qədər işsiz işlə təmin olunub.Abadlıq işləri tək rayonda deyil,ucqar kəndlərdə də həyata keçirilir.Kəndlərin su,yol,enerji problemi həll olunub və hələ də davam edir.Mirdamət müəllim nə qədər layihələri rayonumuza gətirib.Bu şəxs İsmayıllını canından çox sevir.Fikir versəniz görərsiniz ki,başçı axşama kimi rayonu,kəndləri gəzir,insanlarla təmasda olur,onların problemlərini dinləyir və həll edir.Daha nə etməlidir?Yaxşı biz İsmayıllılar nə edirik?Biz Mirdamət müəllimin müdafiəsi istiqamətində nə isə edirikmi?Yəni onun haqqında qəsdən mənfi fikir söyləyənlərə cavab verə bilirikmi?Mən uzun müddət hüquq mühafizə orqanlarında çalışmışam.Polis orqalarında,məhkəmə sistemində çalışmışam.Həyatda çox şey görmüşük.Mən İsmayıllıda Mirdamət Sadıqov kimi işgüzar icra başçısının olmasını təsəvvürümə gətirə bilmirəm.Bu insan ziyalıdır.Bəli,əsl ziyalıdır.Bu sözü niyə deyirəm?Çünki ziyalının çöhrəsində ziya,nur olmalıdır.Mirdamət müəllim məhz belələrindəndir.İndi biz İsmayıllılar da ona dəstək olmalıyıq,ona qarşı qərəzli iş aparanları ifşa edib cəzalandırmalıyıq.Bu gün rayonda idarələrdə rüşvət demək olar ki,yığışdırılıb,əvvəlki tək məmur özbaşnalığı,bürokratik əngəllər yoxdur.İnsanlar vəzifələrə pulsuz təyin olunur.Bütün bunların memarı Mirdamət müəllim deyilmi?Mən sonda bir daha Mirdamət müəllimə gördüyü gözəl işlərə görə dərin təşşəkkürümü bildirirəm.Eyni zamanda binamızın qarşısının asfaltlanması işində göstərdiyi köməkliyə görə şəhər nümayəndəliyinin sədri və digər əməyi olan şəxslərə çox sağ ol deyirəm.Var olun.
Short URL: http://www.cumhuriyyet.net/?p=29278