Gəncə-Qazax regionunda kənd turizminin inkişaf xüsusiyyətləri və təşkili

04.08.2015 - 00:56

rr“Azərbaycan Gənc Marketoloq-Reklamçılar” ictimai birliyi may ayında Qazax və Ağstafa rayonlarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Bazar iqtisadiyyatı şəraitində Gəncə-Qazax regionunda kənd turizminin inkişaf xüsusiyyətləri və təşkili” adlı layihə çərçivəsində təlimlər keçirmişdir.
Təlimdə layihənin rəhbəri Hafiz Əzəmmədov layihənin necə yaranması, məzmunu, əhəmiyyəti, əhatə dairəsi haqqında təlim iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, kənd turizmi çox ehtiyac duyulan turizm növlərindəndir. Azərbaycanda kənd turizminin inkişafı üçün çox əlverişli şərait var. Bildiyimiz kimi kənd turizmi həm də çox gəlir gətirən sahələrdən biri hesab olunur. Azərbaycan kənd turizmi sahəsində böyük potensiala malikdir. Zəngin, təbii sərvətlər, göz oxşayan təbiəti, qədim tarixi – memarlıq abidələri, mədəni irsi, folkloru, qeyri-adi flora və faunası ilə xarici turistləri heyran edə bilər. Kənd turizmi özündə ətraf mühiti və ya digər regionların təbiətini, bu regionların xalqlarını, o xalqların həyat səviyyəsini, adət-ənənələrini, bəzi hallarda idman və biznes elementləri ilə uzlaşdıran milli xüsusiyyətlərini öyrənmək, məqsədli səyahəti əks etdirən fəal istirahət növlərindən biridir. Turizm biznesi inkişaf etdikcə gəlirlərin ümumi səviyyəsi artır, deməli, turizm müəssisələrində yaşayanların həyat səviyyəsi yüksəlir. Kənd turizminin inkişafı həmin yerin mədəni mirasına tələbat yaradır. Bu bir tərəfdən yerli artistlərini, rəssamlarını, musiqiçilərini dəstəkləyir və əhalinin mədəni vərəsəyə marağı artırır. Turist müəssisələri vəzifələrindən birində yerləşdiyi regionun, kəndin tarixini, memarlıq abidələrini, mədəni və milli xüsusiyyətlərini, adət və ənənələrini, dini və s. turistlərə anlatmaqdan ibarətdir. Turistlər yerli əhalinin barəsində daha çox məlumat topladıqca, onlara daha çox hörmət hissi bəsləyirlər. Bütün bunlar kənd turizminin önəmini artırır. Kənd turizminin inkişafı işsizliyin azalmasına səbəb olur. Kənd turizmi fəaliyyətinin inkişafı kənd ərazilərində orta sinfin formalaşmasına təsir göstərir. Həmçinin sosial və iqtisadi cəhətdən zəif inkişaf etmiş ucqar kəndlərdə gənclərin başqa ərazilərə getməsinin qarşısını alan güclü vasitədir.
Təlimlərdə Qazax və Ağstafa rayonundan olan fəal gənclər iştirak etmişlər. Layihənin məqsəd və perspektivləri, vəzifələri haqqında iştirakçılara geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, fəal istirahətin geniş və ən kütləvi yayılmış növlərindən biri də turizmdir. Turizm sadəcə maraq və dəb deyil, insanların vərdiş etdikləri həyati tələbatdır. Son illərdə turizmin təşkili işi qloballaşaraq sırf beynəlxalq fəaliyyət dairəsinə daxil olmuşdur. Bu səbəbdən də turizmin təşkili işi dünya əhalisinin bir-birinə yaxınlaşmasına təminat yaradan bir sahə olmaqla yanaşı o həm də milyonlarla insanın sosial və iqtisadi problemlərin ödənilməsinə yardımçı olan böyük fəaliyyət sahəsinə çevrilmişdir.
Təlimdə iştirakçılara layihə çərçivəsində nəşr edilmiş bukletlər, üzərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin loqoları əks olunmuş papaq və maykalar paylanılıb, xatirə şəkli çəkilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29356

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031