Jurnalist etikası qorunmalıdır- Beyləqan haqda qərəzli yazılara etiraz edilir

04.08.2015 - 11:05

beyleqan3Azərbaycan Respublikasında söz və ifadə azadlığının təmin olunması yönündə ardıcıl tədbirlər həyata keçirilir. Elə bunun göstəricisidir ki, bu gün respublikamızda söz və mətbuat azadlığı ilə bağlı heç bir problem yoxdur. Qeydiyyatdan minlərlə qəzet keçib, müstəqil teleradiaoların fəaliyyəti göz önündədir. İnternet medianın inkişafı və dövlətin mətbuatın bu yeni ifadə vasitəsinə dəstəyi də göz önündədir. Bütün bunları xatırlatmaqda məqsədimiz ölkədə medianın real durumu və inkişafı ilə bağlı real duruma nəzər yetirmək idi.

Amma təəssüf hissiylə qeyd etməliyik ki, bu gün mətbuata yaradılmış bu imkanlardan bəzi KİV vasitələri tərəfindən sui istifadə hallarına yol verilir, kimlərsə yaradılmış mühitdən şəxsi məqsədlər naminə yararlanmağa çalışaraq “qara piar” kampaniyasına rəvac verir. Bu baxımdan hazırda problemlərdən biri də medianın qərəz azarından, qeyri-peşəkarlıq sindromundan azad edilməsi yönündə tədbirlərdir. Biz bir qrup media təmsilçisi olaraq bu kimi hallara sərt etirazımızı bildirməklə yanaşı, müvafiq orqanlardan, xüsusilə Mətbuat Şurasından yuxarıda söhbət açılan neqativ hallara qarşı daha barışmaz mövqe tutmalarını xahiş edirik. Bu günlərdə Beyləqan rayon icra hakimiyyəti ilə bağlı bəzi media quruluşlarının heç bir fakta və sağlam düşüncəyə sığmayan mövqeyi isə hələ bu sahədə görülməli çox işin olduğunu növbəti dəfə təsdiqlədi. Beyləqan RİH başçısı, o cümlədən bütövlükdə Beyləqan və beyləqanlılar haqda heç bir etik normaya sığmayan həmin qərəzli materiallar təəssüf doğurmaqla yanaşı, mətbuatda kifayət qədər təsadüfi şəxslərin mövcudluğunun göstəricisi sayılmalıdır. Biz bu və digər bu kimi halların inkişaf etməkdə olan Azərbaycan mətbuatına başucalığı gətirmədiyi düşüncəsindəyik. Ümid edirik ki, bu müraciətimiz müvafiq qurumlar tərəfindən diqqətlə araşdırılacaq və mövzuyla bağlı gərəkən tədbirlər görüləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29397

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728