Füzulidə səhiyyəyə dözlət qayğısı

17.08.2015 - 12:00

Füzuli rayon MX-na Mersedes Benz markalı yeni ambulans verilib

rrSəhiyyə Nazirliyi tərəfindən Füzuli rayon Mərkəzi Xəstəxanasına ən müasir tələblərə cavab verən yeni Mersedes Benz markalı təcili tibbi yardım maşınları verilib. Artıq təcili tibbi yardım maşını Rayon Mərkəzi Xəstəxanasının balansına götürülüb. Rayon sakinləri yeni təcili tibbi yardım maşının Füzuliyə verilməsi xəbərini sevinc hissi ilə qarşılayıblar.
Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə bildirilib ki, rayonda təcili tibbi yardım (Ambulans) maşınlarının sayının azlığı, mövcud təcili yardım maşınlarının müasir tələblər səviyyəsində olmaması, ərazinin genişliyi, müraciətlərin çoxluğu bu sahədə işin təşkilini çətinləşdirdi. Gecə çağırışları, xüsusilə Horadiz şəhəri ilə Qayıdış qəsəbələri arasındakı məsafənin 50 km-dən artıq olması çağrışlara vaxtında cavab verilməsində çətinliklər yaradırdı ki, bu da xəstə sahiblərinin haqlı narazılığına səbəb olurdu. Qeyd olunub ki, yeni Mersedes Benz markalı təcili tibbi yardım maşınlarının alınması ilə əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyəti və səmərəliliyi daha da artırılacaqdır.
Rayon sakinləri cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29577

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930