Saakaşvili azərbaycanlı məmuru tənqid etdi

20.08.2015 - 15:09

saaUkraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Dövlət Fiskal Xidmətinin fəaliyyətini tənqid edib.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, M. Saakaşvili İliçevsk dəniz limanına işgüzar səfər edib. O, Fiskal Xidmətin gömrüklərdə islahat apara bilmədiyini söyləyib:   “Bu adam gəldi, Roman Nəsirov. Kameralar qarşısında bildirdi ki, dəyişikliyə nail olacaq. Heç nə dəyişməyib. Hər şey əvvəlkindən pisdir. Yanukoviçin dövründəkindən də pisdir. Mən bu gömrükdə keşik çəkəcəyəm, mən onları, bu korrupsiyalaşmış və çürümüş strukturu insanlardan əl çəkməyə məcbur edəcəyəm”.   M. Saakaşvili sahibkarların şikayəti əsasında limana gəldiyini söyləyib. Belə ki, iş adamları yüklərin heç bir səbəb göstərilmədən gömrükdə ləngildildiyini deyiblər.

Qeyd edək ki, Dövlət Fiskal Xidmətinin rəhbəri təyin olunmuş R. Nəsirovun atası azərbaycanlıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=29849

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728