Prezidentin etimadın doğruldan icra başçısı:Raqub Məmmədov

21.08.2015 - 00:39

raqubÖkə rəhbərinin son illər regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamlar və fərmanları dövlətimizin inkişafında xüsusi rol oynayır. Ağdamla bağlı verilən sərəncam da bu qəbildəndir. Amma təbii ki, hər bir sərəncamın uğurlu taleyi ilk növbədə bu sərəncamın icrası, bir qədər də konkret ifadə etsək yerlərdə prezidentin göstərişlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu mənada tam qətiyyətlə deyə bilərik ki, «Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamı uğurla yerinə yetirilməkdədir. Bu da təsadüfi deyil. Çünki rayona Raqub Məmmədov kimi təcrübəli və ziyalı bir insan rəhbərlik edir.

İstənilən rəhbər şəxs üçün etimad və güvən ilkin şərtlərdəndir və bu uğurun açarı hesab olunur. Rayon əhalisinin sevgisi və etimadını qazanan rəhbər şəxslərin bir qayda olaraq uğur qazanması təbii qanunauyğunluq sayılmalıdır.Dövlətin,rayon əhalisinin güvən və etimadını qazanmış, qısa müddət ərzində fəaliyyəti ilə bunun heç də təsadüfi olmadığını təsdiqləmiş belə məmurlardan biri isə Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovdur. Xatırladaq ki, Dövlət başçısı cənab İlham Əliyevin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Məmmədov Raqub Allahverdi oğlu Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Prezidentin məlum sərəncamı həm də Ağdam rayonunun sosial-iqtisadi tərəqqisinə təkan vermək, islahatları bir qədər də dərinləşdirmək məqsədi daşıyırdı. Bütün bu işlərin Ağdamda reallaşdırılması üçün məhz Raqub Məmmədovun seçilməsi isə hər şeydən öncə ona göstərilən böyük etimadın, inamın təzahürü idi. Ötən müddət ərzində Raqub Məmmədovun sıravi Ağdamlılar tərəfindən müsbət xarakterizə edilməsi, onların yeni icra başçısına böyük ümidlər bəsləməsi isə onun həm də rayon əhalisindən böyük dəstək aldığını düşünmək üçün əsaslar yaradır. Ümumiyyətlə isə insanlarda elə ilk baxışdan etibar hissi yaratmaq, rəhbər şəxs kimi professionallıq, işdən intizam və tələbkarlıq Raqub Məmmədov personasının başlıca fərqləndirici keyfiyyətlərindəndir. Onun reputasiyasının kifayət qədər təmiz olması isə rayon əhalisinin Raqub Məmmədova güvənini daha sarsılmaz edir. Elə bu səbəbdən də Prezidentin məlum sərəncamı hər bir ağdamlının böyük ruh yüksəkliyinə səbəb olmuşdur. İndiyə qədər fəaliyyət göstərdiyi bütün vəzifələrdə Raqub Məmmədov Dövlət Başçısına, Dövlətə və Dövlətçiliyə nə qədər bağlı olduğunu, işinin öhdəsindən peşəkarlıqla gəldiyini təsdiqləyib. Xüsusi xidmət orqanlarındakı qüsursuz fəaliyyəti onun karyerasının parlaq mərhələsi kimi xatırlanmalıdır. Görünür, elə bu və digər nüansların nəzərə alınması Raqub Məmmədova Prezident səviyyəsində belə böyük bir etimadın göstərilməsinə səbəb olub. Hər halda etiraf edək ki, düşmənlə nəfəs-nəfəsə dayanmış Ağdam rayonuna rəhbərlik etmək kifayət qədər ciddi və məsuliyyətli bir işdir. Raqub Məmmədov isə həm sarsılmaz döyüşçü, həm də professional rəhbər kimi özünü çoxdan təsdiqləmiş şəxsiyyətlərimizdəndir. Bu səbəbdən də bu gün Ağdam rayonunun sükanı arxasında etibarlı bir rəhbərin dayandığından hər kəs arxayındır.

Ağdam rayonu son illər ərzində özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Həmin prosesin rayonun İcra Hakimiyyəti başçısı Raqub Məmmədovun rəhbərliyi dövründə yüksələn xətt üzrə davam etməsini yaxından müşahidə edirik. Rayon tamamilə yeni libas alıb. Rayonun yeni rəhbərinin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri də burada sahibkarlığın inkişaf etdirilməsidir. Onun iş adamları ilə tez-tez canlı ünsiyyətdə olması, onların qayğıları ilə yaxından maraqlanması özəl sektorun inkişafına təsirsiz ötüşmür. Rəhbərlik sahibkarlara hər hansı problem, süni maneə ilə əlaqədar bilavasitə icra başçısının özünə müraciət etməyi, rayon rəhbərliyindən kömək istəməyi tapşırıb.

10 may 2015 – ci il taixdə Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdamın simvolu sayılan yeni “Çay evi”nin açılışı oldu. Qeyd edək ki, hələ Ağdam rayonu ermənilər tərəfindən işğal olunmamışdan illər öncə daha dəqiqi desək 1986-cı ildə məşhur “Çay evi” Ağdamda olub. Ancaq məlum səbəblərdən artıq necə illərdi Ağdamlılar o nadir memarlıq nümunəsi olan “Çay Evi”nin xidmətlərindən yararlana bilmirdi. Bütün bunlara baxmayaraq Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədovun şəxsi təşəbbüsü ilə rayon ərazisində həmin “Çay Evi”nin eynisini inşa edib Ağdamlıların istifadəsinə vermək mümkün oldu. Məhz bu münasibətlə keçirilən açılış mərasimində rayon ziyalıları, sadə sakinlər bu tədbirdə böyük həvəslə,bayram-əhval ruhiyyəsi ilə iştirak etdilər. Açılış tədbirində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov cənabları belə bir ideyanı həyata keçirdiyi üçün xoşbəxt olduğunu bildirirək qeyd etdi ki, “Çay Evi” Ağdamın simvolu sayılıb və illər keçsə də o heç vaxt Ağdamlıların yaddaşımızdan silinməyəcək. Raqub Məmmədov onu da qeyd etdi ki, möhtərəm cənab Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti və iradəsi nəticəsində yaxın zamanda doğma Ağdamımızda həmin “Çay Evi”nin eynisi inşa etmək qismətimiz olacaq. Digər çıxış edənlər belə bir ideyanı həyata keçirdiyi üçün rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov cənablarına öz təşəkkürlərini bildirdilər.

Hazırda Ağdam inkişaf yoluna qədəm qoyub və əhali sabaha ümidlə baxır. Dövlət proqramları Ağdamda uğurla icra olunur. Ağdam rayonunun cəbhə bölgəsində yerləşməsi bu rayona daha bacarıqlı, səriştəli, öz işini bilən kadrların təyin edilməsini vacib edir. Ona görə də, cəbhə bölgəsinə, düşmənlə həmsərhəddə yerləşən rayonlara təyin olunan icra başçıları seçilmiş kadr olmalıdır. Bu baxımdan uzun illərin idarəçilik təcrübəsi olan,keçmiş döyüşçü Raqub Məmmədov layiqli kadrlardandır. Onun rəhbərliyi altında bu gün Ağdam rayonu çiçəklənir, inkişaf edir. Raqub Məmmədov Ağdama təyinat alan kimi rayonun işğal altında olmayan bütün kəndlərini qəsəbələrini, məcburi köçkün düşən sakinlərimizin məskunlaşdığı ərziləri bir-bir qarış qarış gəzdi. Sakinlərin dərdini, sərini, şikayətlərini öyrəndi, problemlərinə yardım edəcəyini dilə gətirdi. Söz olaraq yox, əməli qaydada verdiyi vədləri icra etməyə başladı.
Təyinatından iki ay keçməmiş Quzanlı qəsəbəsində görünməmiş abadlıq işləri başladı. Rayon kəndlərarası yolların asfaltlanması həyata keçirildi. İndi artıq Ağdam kəndarası yolları şüşə kimidir və istədiyimiz vaxt rahat şəkildə bu yollardan istifadə edə bilirik. Quzanlı, Xındırısat, Sarıcallı, İmaqulubəyli və digər kəndlərdə isə abadlıq işləri hələdə davam edir. Baş verən bu yeniliklərin səbəbkarı isə rayon icra başçısı Raqub Məmmədovdur. Çünki Ağdam bundan öncəki icra başçılaırnın zamanında belə yeniliklər görməmişdi, belə abadlıq işləri ilə rastlaşmamışdı. Görünən odur ki, Raqub Məmmədov cənab Prezident İlham Əliyevin etimadını canla başla doğruldaraq, anadan olduğu doğma rayonun inkşaf etdirməkdən yorulmur. Ötən dövr ərzində Ağdam kəndləri, qəsəbələri o qədər dəyişib ki, artıq rayona gələn qonaqlar bunu açıq aşkar etiraf edirlər.
Xatırladaq ki, Raqub Məmmədov zəngin idarəçilik təcrübəsinə malik olan icra başçılarındandır. Əslən Ağdam rayonundan olan Raqub Məmmədov bu rayonun problemlərinə hər kəsdən yaxşı bələddir. Bir qədər obrazlı ifadə etsək, onun məxsusi qəbul günü yoxdu, çünki istənilən vətəndaş istənilən vaxt icra başçısı ilə şəxsən görüşə, problemlərini açıq şəkildə ona deyə bilir.
Bu gün Quzanlıda, Xındırstanda, İmaqulubəylidə, Baharlıda, Səfərlidə, Əfətlidə və digər kəndlərdə quruculuq işləri davam etdirilir. Və ən maraqlısı İsə raqub Məmmədovun gün ərzində bir neçə dəfə bu işlərə baş çəkməsi və abadlıq işlərinə şəxsən nəzarət etməsidir. Görünən odur ki, kimlərinsə gözü kordur və vətəninə, millətinə, dövlətinə, rayonuna, camaatına sadiq olan, onalır sevən, istəyən, onlar üçün canla başla işləyən Raqub Məmmədovu görmürlər.
Eybi yox əsas odur ki, ölkə rəhbərliyi, ağdamlılar, rayona gələn qonaqlar, vətəndaşlar bunları görür və qiymətləndirir. Necə danmaq olar ki, Raqub Məmmədovun Ağdam rayonuna icra başçısı təyin olunduğu qısa müddət ərzində rayon son illərin ən dinamik inkişaf dövrünü yaşayır… Tikinti quruculuq işləri geniş vüsət alıb, yağı düşmənlə nəfəs-nəfəsə dayanmış bu qəhrəman rayon həm döyüşür, həm də tikir – qurur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29896

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728