Nəqliyyat Nazirliyinin əməkdaşları Bakıda avtobus “ovu”na çıxıb – FOTOLAR

21.08.2015 - 11:52
avtobus2Nəqliyyat Nazirliyinin əməkdaşları Bakı küçələrində avtobus sürücülərinin kütləvi cəzalandırılmasına başlayıblar.
Nazirliyin əməkdaşlarının sözlərinə görə, onlar yaxın bir ay ərzində paytaxtın sərnişin nəqliyyatı sistemini, xüsusən də avtobus marşrutlarını sahmana salmaq niyyətindədirlər.
Lakin aparılan reydlərdən sürücülər narahatdır.
Musavat.com-un məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Bakı Regional şöbəsinin və “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” M
MC-nin əməkdaşları bu günki reydi Badamdar qəsəbəsində keçiriblər. Onlar “City market” adlanan mağazanın qarşısında dayanaraq, burada sərnişin düşürən avtobusları cərimələyiblər. Nəqliyyat Nazirliyinin əməkdaşlarının sözlərinə görə, reydlərin nəticəsi olaraq avtobus sürücüləri dayanacaqdan-dayanacağa prinsipinə vərdiş etdiriləcək. Dayanacaqlarda dayanmayan sərnişinlər isə yolda qalacaqlar. Avtobus dayanacaqlarındakı texniki vasitələr də yenilənəcək.
Sürücülər isə bu reyddən narazı qalıblar. Onlar bildirirlər ki, nazirliyin əməkdaşları bilərəkdən əvvəllər dayanacaq olmuş yerlərdə reyd aparırlar. Burada isə ənənəvi olaraq bütün avtobuslar sərnişin endirmək üçün dayanırlar.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı isə bildirib ki, reydlərdən sonra, lazımı yerlərdə dayanacaqlar quraşdırılacaq.




https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29952

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930