Kəramət Salayevin hansı seçki dairəsindən namizəd olacağı açıqlandı

21.08.2015 - 18:57

rrDoğru Yol Partiyası təşkilat komitəsindən verilən məlumata görə, partiyanın Milli Məclisə seçkilərdə namizədi Kəramət Salayev seçki marafonuna qoşulacağı dairəni açıqlayıb. Bu barədə həmçinin Kəramət Salayev öz facebook hesabında da müaraciətini yayımlayıb. Həmin müraciətin mətnini öz oxucularımıza təqdim edirik.

“İki aydan sonra ölkəmizdə seçki keçiriləcək. Xalq paralamentini formalaşdıracaq, vəkillərini seçəçəkdir. Seçkidə iştirak etmək istəyən, zəif- güclü, haqqı olan- haqqı olmayan şəxslər namizəd olacaqları seçki dairələrini açıqlayır, mesajlarını verirlər.

Bir neçə həftə ərzində apardığım görüşlər, müzakirələr nəticəsində namizədliyimi irəli sürəcəyim seçki dairəsini elan etməyə qərar verdim.

Əziz həmvətənlərim, millətimin dəyərli övladları !

Unutmayın ki, hər qaranlığın bir aydın sabahı, hər çovğunlu qışın bir baharı vardır. Qaranlığı aydınlığa çevirən bir üstün əl, bir üstün gücə malik qüvvə vardır. Məzlumun ahına cavab verən, səbredənlərə zəfər qismət edən bir Allah vardır. Allaha inanan, gücü deyil haqqı üstün tutan bir bizlər- İNANALAR varıq. Əmin olun ki, QƏLƏBƏ İNANANANLARINDIR !

Haqqa inanan insanlarla birgə uzun müddətli müzakirələrdən, nəhayət bu gün keçirdiyim dəyərli dostlarla görüşdən sonra qəti olaraq qərara gəldim ki, Azərbaycanımızın istedadlı, zəhmətkeş, milli dəyərlərinə bağlı insanlarının şəhəri olan Sumqayıtın əhalisni millət vəkili olaraq parlamentdə təmsil etmək üçün 43 saylı seçki dairəsindən prosesə qoşulum.

Heç şübhə etmirəm ki, Sumqayıt şəhər 43 saylı Seçki Dairəsində haqqı üstün tutan vətəndaşlarımızın inamını, səsini qazanacam və söz verirəm şərəflə, vicdanla Milli Məclisdə vətəndaşlarımızı təmsil edəcəm.

Uca Allah milli görüş davasında zəfər bayrağını ölkəmizin, dövlətimizin maraqlarını qoruyan əqidə yoldaşlarımızın başı üzərində əbədi etsin !
Mənimlə birgə Sumqayıt şəhəri 43 saylı seçki dairəsindən namizəd olan digər yoldaşlara da uğur arzu etməyi özümə borc bilirəm.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30048

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728