Füzulidə torpaqların təyinatına uyğun istifadə olunmasına nəzarət gücləndirilib

24.08.2015 - 16:01

horadiz1Füzuli rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən torpaqların təyinatına uyğun istifadə olunmasına nəzarət gücləndirilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə dair qanunvericiliyin icra vəziyyətinin yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyası Rəhbərinin 24 iyun 2015-ci il tarixli məktubu və Azərbaycan Respublikası Baş Nazirinin müavininin 02 iyul 2015-ci il tarixli məktubu rayon İcra Hakimiyyətində rəhbərlik və icra üçün qəbul olunmuş, bu sahədə konkret işlərə başlanmışdır.
Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində torpaqların təyinatına uyğun istifadə olunması üçün rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti qrumların, blədiyyələrin iştirakı ilə geniş müşavirə keçirilmiş, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən torpaqların təyinatına uyğun istifadə olunması məsələləri ətraflı müzakirə olunmuşdur.
Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli icra nümayəndələrinin və aidiyyəti qrumların iştirakı ilə yerlərdə torpaq istifadəçiləri ilə görüşlər keçirilmiş, torpaqdan istifadəyə dair icarə müqavilələrinin bağlanması, vergi ödənilməsi izah olunmuş, bu sahədə maarifləndirmə işi aparılmışdır. Bildirilmişdir ki, Dövlət Qış Otlaq Fonduna aid olan və örüş-otlaq məqsədilə icarəyə verilmiş torpaqlar yalnız təyinatına uyğun istifadə olunmalı, qanunvericiliklə müəyyən olunduğu kimi 3 fazidən çox olmayan hissəsindən xəsil kimi istifadə oluna bilər.
Torpaq istifadəçilərinə torpaq sahəsinin təyinatına uyğun olmadan başqa məqsədlər üçün istifadə edilməsinə görə “İnzibati Xətalar” Məcəlləsində nəzərdə tutulan cərimlərin miqdarı izah olunmuşdur.
Prezident cənab İlham Əliyevin 2014-2018-ci illər üzrə Regionların Sosial-iqtisadi İnkişafı Dövlət proqramının birinci ilinin yekunlarına həsr edilmiş konfransda torpaqların təyinatına uyğun istifadə olunmaması ilə bağlı tapşırığına uyğun olaraq Rayon İcra Hakimiyyəti aidiyyati qrumlarla birgə bu sahədə mütəmadi olaraq monitorinqlər aparır, qanunvericiliyin tələblərinin qorunmasını araşdırır və müvafiq tədbirlər görür.
Rayon İcra Hakimiyyəti ərazidə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən torpaqların təyinatına uyğun istifadə olunmaması hallarına yol verənlər barədə qanunvericilikdə nəzərdə tutulan tədbirləri bundan sonra da görəcək, bu məsələni gündəlik nəzarətdə saxlayacaqdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30250

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031