Yeniyetmə idmançımız ermənini məğlub etdi

25.08.2015 - 00:48

rrÖlkəmizdə idmanın inkişafı üçün hər bir şərait yaradılıb. Cənab prezident İlham Əliyev tərəfindən bu uğurlu işlər sürətlə davam etməkdədir. Elə bunun nəticəsidir ki, ölkə xaricində idmançılarımız tarixi qələbə qazanaraq bayrağımızı dünya arenasında dalğalandırmağı bacarır.

KUYOKUSHİN KARATE növü üzrə azyaşlı idmançımız Məmmədzadə Taryel Asif oğlu ölkədə keçirilən Bakı birincisi olmaqla bir necə titullara sahib olub. Belə ki, Taryel Məmməzadə yeniyetmələr arasında cempion olmuş, Ruminiyada keçirilən dünya kubokunun 3-sü olaraq ölkəmizi layiqincə təmsil etmişdir.

Yarışda ilk döyüşünü rumin idmançısına qarşı keçirərək inanılmaz qələbə qazanan Tayel Məmmədzadə , 2-ci döyüşünü erməni idmançızına qarşı keçirmişdir. Vətənpərvərlik hissi azyaşlı idmançımızı ruhlandıraraq erməni idmançısına bir an belə macal verməyib. Beləliklə, Taryel Məmmədzadə Ruminiyada keçirilən KUYOKUSHİN KARATE növü üzrə 3-cü yerə layiq körülüb.

İdmanımızın inkişafı yeniyetmələrimizin daha da inamlı qələbə qazanacağı üçün ən mühüm addımlardandır. Bir daha xatırladaq ki, Taryel Məmmədzadə məşqçi Rza Mustafayevin rəhbərliyi altında çoxlu nailiyyətlər əldə edəcək.

Və əminliklə söyləyə bilərik ki, dünya arenasında Taryel Məmməzadə kimi yeniyetmələr ölkəmizi layiqincə təmsil edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=30262

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728