Azərbaycan İsrailin “Qara siyahı”sına düşdü

25.08.2015 - 11:11

bakiİsrailin Terrorla Mübarizə Qərargahı sentyabrın 13-də yəhudilərin “Yeni il”indən başlayaraq oktyabrın 5-də Sukkot ilə başa çatan payız bayramları ərəfəsində xarici səfərlərə gedən israillilərə növbəti xəbərdarlığını edib.

Oxu.az bu barədə İsrail KİV-nə istinadən xəbər verir.

Qərargahın məlumatında qeyd olunur ki, bütün xəbərdarlıqlar dəqiq, etibarlı kəşfiyyat məlumatlarına əsaslanır və özündə real təhlükəni əks etdirir.

Xəbərdarlıq 27 ölkəyə aiddir. Onlardan səkkizi sərhəd bölgələr, həmçinin altısı getməsi qanunla qadağan olunan ölkələrdir. Ümumilikdə israillilərə dünyanın 193 ölkəsindən 41-nə getmək tövsiyə edilmir və ya qadağan olunur.

Qərargah tərəfindən İran, Livan, Liviya, Sudan, Somali, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Yəməndə təhlükə səviyyəsi “olduqca yüksək” müəyyən edilib. İran, Livan, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Yəmənə getmək israillilərə qanunla qadağan olunub.

“Yüksək təhlükə səviyyəsi”, həmçinin Əlcəzair, Cibuti, Mavritaniya, Tunisdə müşahidə olunur.

Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İordaniya, Küveyt, Misir və Qətər “Mövcud təhlükə səviyyəsi” olan ölkələr siyahısına daxil edilib.

Əfqanıstan, İndoneziya, Burkina-Faso, Fil Dişi Sahili, Toqo, Mali, Malayziya, Pakistanda “Təhlükə səviyyəsi çox yüksək”dir. Eləcə də Kəşmir (Hindistanın şimalı, Ladakx əyalətindən başqa), Mindanao adası, (Filippinin cənubu), Çeçen Respublikası (Rusiya), Sinay yarımadası (Misir), Nigeriyanın şimalı (10-cu paraleldən şimala), Taylandın cənubu (Krabi və Tamarat arası Malayziya sərhəddinə qədər) da təhlükəlidir.

Azərbaycan, Nigeriya, Keniya və Türkiyədə israillilər üçün daimi potensial təhlükə səviyyəsi qalmaqdadır. Yüksək təhlükə səviyyəsi Şərqi Seneqalda da müşahidə edilir.

Qərargah Keniyanın paytaxtı Nayrobiyə və Şimuni, Mombas, Malindi, Lami və Manqay şəhərlərindən 100 km məsafədə sahil ərazisinə səfərlərdən də imtina etməyi tövsiyə edir.

Terrorla mübarizə qərargahı xaricdə olan israilli turistlərə ehtiyatlı olmağı, biznes və istirahət sahəsində gözlənilməz təklifləri qəbul etməməyi məsləhət görür.

Gecə və şübhəli yerlərdə görüş təyin etmək məqsədəuyğun deyil.

Xaricdə olduqları müddət ərzində gündəlik marşrutları, istirahət yerlərini, otel və restoranları dəyişmək məsləhət görülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30302

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930