Aparıcımız özünü Sibel Cana oxşatdı – FOTO
ATV-nin xəbər aparıcısı Samirə Mustafayeva yeni stili ilə hər kəsi təəccübləndirib.
Belə ki, xanım aparıcı saçlarını qısa kəsdirərək tünd rəngə boyayıb.
Publika.az xəbər verir ki, efirdə yeni saç stilində görünən Samirəni hər kəs Sibel Cana bənzədib. Amma İnstagram dostları arasında onun yeni stilini bəyənməyənlər də olub.
Bəzi insanlar onun açıq rəngli saçlarda daha gənc göründüyünü, tünd saçların isə onu yaşlı göstərdiyini vurğulayıblar.
Qeyd edək ki, Samirə Mustafayeva 8 il öncə də qısa, tünd saçlarda olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=30506