Füzulidə daha iki kənd mavi yanacaqla təmin olundu

28.08.2015 - 15:05

Füzuli rayonunun Araz Dilağarda və Araz Zərgər kəndlərinə mavi yanacaq verildi

rrFüzuli rayonunun Araz Dilağarda və Araz Zərgər kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış etmiş, respublikamızda əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışmışdır. Alı Alıyev qeyd etmişdir ki, prezident cənab İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun 39 yaşayış məntəqəsindən 37-i artıq qazlaşdırılmış, 4 və 5 nömrəli Qayıdış qəsəbələrinin isə qazlaşdırılması yaxın günlərdə həyata keçiriləcəkdir. Bildirmişdir ki, bununla da Füzuli rayonunun qazlaşdırılması tam başa çatdırılacaqdır.
Alı Alıyev kənd sakinlərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir.
Açılış mərasimində bildirilmişdir ki, Araz Dilağarda və Araz Zərgər kəndlərinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Hər iki kənddə məktəb, tibb məntəqəsi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.
Qeyd edək ki, 289 abonenti olan Araz Dilağarda və Araz Zərgər kəndlərində ümumilikdə 24528 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilmiş, 289 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda rəmzi məşəl yandırıldı və evlərə mavi yanacağın verilməsinə baxış keçirildi.

Short URL: http://www.cumhuriyyet.net/?p=30721

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728