Mingəçevirdə oğurluq edən dəstə tutulub
Mingəçevir
şəhərinin Üzeyir Hacıbəyov küçəsi, ev 74, mənzil 12 ünvanında yaşayan
Əhliman Qasımov və M. Maqomayev küçəsi, ev 48, mənzil 13 ünvanında
yaşayan Tofiq Ədilov onlara məxsus mənzillərdən naməlum şəxslər
tərəfindən oğurluq edilməsi barədə Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə
ilə müraciət ediblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri
nəticəsində Mingəçevir şəhər sakinləri, 1991-ci il təvəllüdlü Kərimov
Elçin Elşən oğlu, 1994-cü il təvəllüdlü Nəsibzadə Xəyal Rafael oğlu,
1995-ci il təvəllüdlü Ənvərli Ənvər Ziyəddin oğlu və 1997-ci il
təvəllüdlü Gözəlzadə Şahmar Rəşid oğlu şübhəli şəxs qismində
saxlanılıblar.
Məlum olub ki, onlar əlbir olaraq mənzillərə oğurluq məqsədilə daxil
olublar və iki evdən ümumilikdə 5 min manatdan artıq qızıl-zinyət
əşyaları qarət ediblər. Adı çəkilən şəxslər plastik pəncərələri olan
mənzilləri qarət ediblər. Onlar xüsusi alətlə plastik pəncərələri açaraq
içəri daxil olublar. Yeniyetmə və gənclər oğurladıqları qızıl-zinyət
əşyalarını Gəncə, Ağdaş və Bakıda satıblar.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=3088