“Bahar enerji” də yüzlərlə neftçini küçəyə atdı

Hüquq müdafiəçisi bildirdi ki, şirkətin birinci mədənində
mühəndis-texniki işçilərlə, o cümlədən sahə rəisləri ilə əmək müqaviləsi
bağlanılmayıb: “Şirkət əməkdaşları tərəfindən təşkilatımıza edilən
müraciətlərdə deyilir ki, 1-ci mədəndə 100-dən çox əməkdaşa işdən
çıxarılmaları ilə bağlı məlumat verilib”.
M.Qəhrəmanlı qeyd etdi ki, işçilərlə 3 aylıq əmək müqaviləsi
başlanmışdı: “İşçilərlə müvəqqəti əmək müqavilələri bağlanarkən
ixtisarların olacağını söyləyirdik. Lakin şirkət rəhbərliyi ixtisarları
gizlədirdi. Yanvardan şirkətin yüzlərlə əməkdaşı işsiz qalacaq”.
Məsələ ilə bağlı şirkətlə əlaqə
saxlanmış. Amma şirkətdən bayram günləri rəhbərliyin işdə olmadığını əsas
gətirərək ixtisarlarla bağlı suallara cavab verməkdən imtina etdilər.
Qeyd edək ki, “Bahar enerji” əməliyyat şirkəti nəqliyyat naziri Ziya
Məmmədovla onun biznes ortağı, “Hafka” ləqəbli iş adamı, “Baghlan Group”
şirkətinin və “Bakı” futbul klubunun sahibi Hafiz Məmmədova məxsusdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=3089