Bu gün Praqadakı partlayışda yaralanan fələstinli səfir öldü


Qeyd edək ki, səfir Praqada bu gün – yanvarın 1-də baş verən
partlayışda yaralanmışdı. Səfirlik əməkdaşı əl-Fahilin verdiyi məlumata
görə, partlayış zamanı evdə səfirlə bərabər ailə üzvləri də olub.
Çexiyanın “İdnes” nəşri bildirir ki, səfir Praqanın Suxdol adlanan
məhəlləsindəki malikanəsinə bir neçə gün öncə daşınıbmış. Partlayış
zamanı 56 yaşlı səfirlə birlikdə evdə onun 52 yaşlı arvadı da olub. Amma
qadın yalnız tüstüdən zəhərlənib və güclü stress keçirib.
Polis olayda kriminal versiyanı inkar edir. İlkin ehtimala görə,
partlayış evdəki partlayıcı maddələrlə və silah-sursatla ehtiyatsız
davranış nəticəsində baş verib. Amma bu silahların xarici diplomatın
evinə necə düşməsi bəlli deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=3090