Flora Kərimova yıxıldı – Qabırğası sındı

31.08.2015 - 14:16
floraXalq artisti Flora Kərimovanın səhhətində problem yaranıb. 
Sənətkar iki gün əvvəl bağ evinin həyətində yıxılılaraq qabırğasını əzdiyini bildirib: “Bağda gəzirdim, arxaya doğru addımlamaq istəyəndə ayağım çuxura düşdü. Möhkəm yıxıldım. Sağ tərəfdən ön qabırğam məni bərk incidir; nəfəs alanda ağrı verir, normal hərəkət edə bilmirəm. Əvvəlcə elə bildim, yüngül əzilmişəm, ona görə həkimə müraciət etmədim. Həm də şənbə və istirahət günləri olduğundan özüm müayinəni təxirə saldım. Həkimlə danışmışam, əlamətləri dedim, sınıqdan şübhələndi. Özüm də bilirəm ki, sınıb, çünki çox ağrıdır. İndi xəstəxanaya gedirəm, görək müayinə nə göstərəcək”.
Bu, Flora xanımın ilk sınığı deyil. Canlı karifey bir neçə il əvvəl yıxılaraq onurğa sütununda büzdüm sümüyünü, başqa bir hadisədə isə qolunu sındırmışdı(ANS).

Short URL: http://www.cumhuriyyet.net/?p=30912

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728