NİDA-dan Musavata rədd cavabı

Məlum olduğu kimi
bir müddət öncə Musavat partiyası bir sıra partiyaların, o cümlədən NİDA Vətəndaş
Hərəkatının rəhbərliyi ilə görüşərək onlaraikitərəfli əməkdaşlıq sazişi imzalamaq təklifi irəli sürmüşdür. Əldə
etdiyimiz məlumata görə NİDA təşkilatı Musavatın bu təklifini müzakirə edərək əməkdaşlıq
sazişi bağlamaqdan imtina edib. Bu barədə məlumat qurumun Facebook səhifəsində
az öncə açıqlanıb; “Nida Vətəndaş Hərəkatının
İdarə Heyəti olaraq üzvlərimizin də müzakirəsindən sonra qərara gəldik ki,
Müsavat Partiyasının təklif etdiyi əməkdaşlıq müqaviləsinin bağlanmasına
ehtiyac görmürük. Ümumiyyətlə, hər hansı bir partiya ilə rəsmi
müqavilə bağlamağın vacibliyini hiss etmirik . Real siyasi qüvvələrlə ölkəmiz
üçün vacib məsələlərdə əməkdaşlığımız var və bundan sonra davam edəcək.
Partiyalarla əməkdaşlığın rəsmiləşdirilməsinə ehtiyac
duymuruq“.
Short URL: http://www.cumhuriyyet.net/?p=3092