Kəmaləddin Heydərovun İmişli səfərinin pərdəarxası

02.01.2014 - 02:16

Nazir “sel köçkünləri”
ilə görüşdən niyə qaçdı?

Zərərçəkən şikayətçi; “Bu qəbullar şou xarakteri daşıyır”

Bir neçə gün
öncə Fövqəladə Hallar nazirliyinin yüksək rütbəli əməkdaşları İmişli
şəhərindəki Gənclər mərkəzində 2010- cu il Kür Araz daşqınlarından əziyyət çəkmiş
Aran rayonlarının sakinlərini qəbul ediblər. Görüşdən bir neçə gün öncə FHN-
nin rəsmi internet səhifəsində məlumat verilmişdi ki, fəlakət qurbanlarını FHN
rəhbəri Kəmaləddin Heydərov qəbul edəcək. Lakin bu belə olmadı. Görüşə 2 mindən
artıq şəxs gəlməsinə baxmayaraq nazir onları qəbul etməkdən imtina etdi.
Görünür bu ilin 14 iyununda Salyanda qəbul edib problemlərini həll edəcəyinə
söz verdiyi, lakin bu günə qədər həll edə bilmədiyi sakinlərin qəzəbli
baxışından və haqlı tələblərindən ehtiyat edib. Kəmaləddin Heydərov İmişliyə
gəlsə də “sel köçkünləri” ilə görüşmədi, ancaq “yanğın söndürmə idarəsi”
deyilən binada 50-yə yaxın şəxsi işə götürmə adı ilə qəbul edib. Bu da səbəsiz
deyil, çünkü FHN-nin Kür çayı sahilində Məmmədli kənd ərazisində böyük balıqçılıq
gölü, şəhər ərazisinə yaxın yerdə isə böyük ərazidə kənd təsərrüfatı məhsulları
istehsal edən böyük torpaq sahəsi var. Sözsüz ki orda işləməyə işçi lazım
olacaq.

Gənclər
mərkəzində isə nazirin müavinləri, generallar, o cümlədən Orucəli Hacıyev,
Elxan Əsədov və digərləri”sel köçkünləri”-ni qəbul etdilər. Qəbula gələnlər
əsasən şəhid ailələri, Qarabağ qaziləri, yoxsul insanlar, başsız qadınlar, ahıl
insanlar idi. Bu insanlar nazir Kəmaləddin Heydərovun qəbulda olmadığını görüb
narazılıq etdilər. Çoxu geri dönüb evinə getdi. Şəhid ailəsi, Qarabağ qazisi,
Milli Qəhrəmanlar və şəhid ailələrinə qayğı cəmiyyəti heyət üzvü Yadigar Əkbər
oğlu Cəfərov E.Əsədova deyib: ” Nazir K.Heydərovun qəbuluna 14 iyun 2013-cü il
getsək də bizi yenə də siz qəbul etdiniz və nəticəsi olmadı. Siz müavinlər
gözlərimizi yağır etmisiniz. Nə qədər sizin qəbulunuzda olmaq olar? Bu qəbullar
şou xarakteri daşıyır. Bura gələn yoxsul və ahıl insanlar, başsız qadınlardır
ki, siz onlara yox varlı və imkanlılara hətta priton başçısına ev tikdiniz. 900
nəfərə tikdiyiniz evlərdən mənə şəhid qardaşımla Qarabağda şir kimi döyüşənlərə
tikmədiniz. Hansıki mən çiy kərpicdən olan qəzalı evimdə- mal tövləsində
yaşayıram. Sizin mallarınızın tövləsi mənim evimdən yaraşıqlıdır, evin döşəməsi
çürüdüyündən yerinə asfalt döşəmişəm, divarları çat-çatdır. Salyan görüşündən
sonra FHN-nin nümayəndələri gəlib evimə baxdıllar. Amma 20 noyabr 2013-cü il
Şirvan İnzibati İqtisadi Məhkəməsində sizin nümayəndəniz bildirdiki, sizin
eviniz haqqında FHN-də məlumat yoxdur. Bildirdim ki, Salyanda qəbulda Elxan
Əsədovla görüşəndən sonra evimə baxıblar. Belə çıxır ki, biz vətəni qorumaq
üçün lazımıq. 3 az yaşlı övladımda böyüyüb əsgər çağrılacaq, amma varlı
uşaqları sizin ev tikdirdikləriniz ya fərari olacaq, yada Maştağadan sənəd
alacaqlarki xəstədilər. Dövlət başçısı prezident İlham Əliyev “sel köçkünləri”-
nə 460 milyon vəsait ayırıb. Qarabağ iştirakçılarına, şəhid ailələrinə xüsusi
imtiyazlar verib. Sadəcə Dövlət Proqramı Sosial-İqtisadi inkişaf planı bizim
kimilərə aid deyil. Sizə bildirirəm ki, Avropa Məhkəməsinə qədər şikayət
edəcəyəm.Sizin neçə dəfə qəbulunuzda olsamda nə sizdən, nədə Azərbaycan
məhkəmələrində bizlərə kömək olmayacaq”. FHN-nin müavinləri Y.Cəfərova deyiblər
ki: “bu dəfə sizin şikayətiniz nəzərə alınacaq. Belə danışmaq lazım deyil”.
Qəribədirki 3 ildə nəzərə alınmayıb, deyəsən mənim lotoreyam bu dəfə uğurlu
olacaq- deyib Y.Cəfərov.

Qəbulda olmuş
ailə başçısını itirmiş şəhər sakini Təzəgül Nağıyeva bildirib ki, 08 yanvar
2014-cü il Apelliyasiya Məhkəməsində növbəti dəfə şikayətimə baxılacaq. Evim
uçur, 5 övladımın 3-ü əlildir. Bu qəbul aldadıcıdır, kasıblar üçün deyil.
Şikayət məktublarımı çəkisi kiloqramlarladır. Avropa Məhkəməsinə şikayət
edəcəm. Şikayətçi şəhər sakini ali təhsilli R.Mustafayev qəbulda vaxt
itirdiyinə görə özünü qınadı. Ahıl insan, Ağammədli kənd sakini Əsəd Xəlilov
bizimlə söhbətində bildirdi ki, 3 ildir Bakıya FHN- nin rəhbər işçilərinin
qəbuluna və məhkəmələrə gedib gəlməkdən yollarda qalıb. İndiyə qədər yazdığı
şikayət məktublarının sayı hesabı yoxdur. Amma onun şikayəti həll olunmur. Ə.
Xəlilov bildirib ki, hazırda iddia sənədləri Ali Məhkəmədədir. Əgər Ali Məhkəmə
də şikayətimi təmin etməsə Avropa Məhkəməsinə müraciət edəcəm. FHN müavinləri
mənə dedilər ki, sənə 5000 manat pul verilib. Onlara dedm ki, gəl o pula mənə
ev tik. Sizin 5000 min manatınız bir “ovçarka” itinizin aylıq xərcidir, pulum
olmadığı üçün mənə ev tikmədiniz. Dəfələrlə FHN-də qəbulda olmuşam, Salyandada
sizinlə görüşmüşəm, bizi ələ salmayın-deyib. YAP üzvü, həmin kəndin digər
ağsaqqalı Nurəhməd Kazımov bidirdiki, Salyandada qəbulda olmuşam. K.Heydərov
qəbul etmədiyi üçün qəbuldan imtina etmişdim. Bu dəfədə bizi nazir yox,
müavinlər qəbul etdi, söz verdilər. 24 dekabr 2013-cü il Şirvan
İnzibati-İqtisadi məhkəməsində prosesə qatılacağam. Vəkilim”Kür”Vətəndaş Cəmiyyətinin
koordinatoru Oqtay Gülalıyevdir,
məhkəməyə ümidim yoxdur. Amma İmişli RİH başçısı Vilyam Hacıyev evimə baxış
keçirtdirib, akt veribki evin qəzalıdır. Aktın surətini FHN-nin nümayəndələrinə
vermişəm-dedi.

Şəhər sakini
Bəhlul Muradova söz veriblərki, aprel ayı 2014-cü il qəbulumuza gələrsən, söz
veririkki, sənə kömək edəcəyik-deyiblər. Evim Araz çayının yaxınlığında
qum-çınqıl karxanalarının 800 metrliyində yerləşir. Evimin ətrafında ən azı 20
ev tikilib. Məni keçmiş başçı Ə. Ağayev və mərhum şəhər nümayəndəsi A.Nağıyev
aldatdılar.

Şikayətçi
Yaqub Qəhramanovun bir qardaşı şəhid, bir qardaşı itkin, biri isə müharibə
qazisidir. “Anam Şərəf Qəhrəmanova İqtisad məhkəməsinə şikayət etmişdi. Dözmədi
ürəyi partladı. Hüquqlarımızın bərpası istiqamətində mübarizəni özüm davam etdirəcəyəm-deyir. Şikayət edən
yüzlərlə “sel köşkünləri”- nin şikayətini dinləmək ağır dərddir. Onlar hamısı
yoxsul insanlardır. Bəndəniz məndə qəbula yazılsamda öz dərdimi unutdum. 23
avqust 2010-cu il İmişli RİH evimə təmir yazmışdı, hələdə nəticəsizdir və
nəticəsi olmayacaqda, istəmirəmdə.

FHN rəhbəri
Kəmaləddin Heydərovun İmişli səfəri beləcə başa çatdı. Yenə insanlara quru və
yalan vədlər verildi. Nazir özü isə insanlarla görüşdən qaçdı. Onun bu
qaçışının utancın, qorxunun və insanlar arasına çıxacaq üzün qalmamasından
asılı olub olmadığını isə onun vicdanı öhdəsinə buraxırıq. Bir onu deyə bilərik
ki, məzlumun ahı yerdə qalmaz və yalanla, palanla çox uzağa getmək olmaz.

Short URL: http://www.cumhuriyyet.net/?p=3095

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930