Səttar Mehbaliyevin saxtakarlıq və maxinasiya imperiyası

22.02.2012 - 11:23

Həmkarlar ittifaqında il ərzində milyonlarla vəsait
dövr edir
; “Kurort”Səhmdar Cəmiyyətində nələr baş verir?

 

Cumhuriyyət.az
Qarabağ qazisini intihara vadar edən deputatı ifşa etdi

Həmkarlar ittifaqında il ərzində milyonlarla vəsait
dövr edir
; “Kurort”Səhmdar Cəmiyyətində nələr baş verir?

 

Cumhuriyyət.az
Qarabağ qazisini intihara vadar edən deputatı ifşa etdi

Azərbaycanda ” prezident” sözündən istifadə edən və bu adın altında gizlənmək
istəyənlərin sayı gündən- günə artır. Ən qəribəsi isə budur ki, həmin adamlar
bu mötəbər ad altında bol-bol xeyir götürürlər. Bu gün hətta bir çox səhmdar
cəmiyyətlərin sədrləri belə özlərini ” prezident” adlandırırlar. Mən görmüşəm
ki, ölkədə bir prezident olar və onu da beş ildən bir xalq seçər. Xalq da bilər
ki, onun prezidenti kimdir. Azərbaycan xalqı onun prezidentinin kim olduğunu
çox yaxşı bilir və bir yumruq kimi onun ətrafında birləşib. Lakin xalq bilmir
ki, ” Kurort” Səhmdar Cəmiyyətinin də ” prezidenti” var. Görəsən Səhmdar
Cəmiyyətlərdə “prezident” vəzifəsi varmı? Mən bilən yox. Səhmdar Cəmiyyətlərdə
idarə heyətinin üzvləri , sədr və icraçı direktor vəzifələri var. Deməli ”
prezident” vəzifəsi Səhmdar Cəmiyyətlərində yoxdur.
Maraqlıdır, nədən Azad Həmkarlar İttifaqının sədri , millət vəkili Səttar
Mehbalıyev özünü prezident adlandırmır? İstəsəydi o da vəzifəsini “Azad
Həmkarlar İttifaqının prezidenti” kimi yazdıra bilərdi. Deməli , onun ölkə
başçısına və onun tutduğu vəzifəyə böyük hörməti olduğu üçün ” prezident”
sözünü leksikonuna belə almır. Lakin “Kurorot” Səhmdar Cəmiyyətinin
“prezidenti” Əbil Ağasıyevə gəlincə isə…
Böyük Vətən müharibəsi illərində antisanitariya şəraiti tüğyan edirdi.
Müharibədən gələnlərin şinellərində o qədər bit-birə olurdu ki, onları heç nə
ilə təmizləmək mümkün olmurdu. Həmin əsgərləri bit-birənin əlindən evlərinə
belə buraxmırdılar. Bu bit-birələri təmizləmək üçün bircə çarə vardı. Həmin
şineli ya yandırırdılar, ya da bir həftə yerə basdırırdılar ki, bit-birə
qırılsın. Bundan sonra həmin şineli geyinmək mümkün olurdu. “Kurort” Səhdar
Cəmiyyətinin tərkibində və ətrafında da zənnimcə belə bir təmizlənmə işləri
aparılmalıdır ki, oranın ” prezidenti” Əbil Ağasıyevin gördüyü xoşməramlı işlər
gözə görünsün.
Heç kimə sirr deyil ki, son zamanlar “Kurort” Səhmdar Cəmiyyətinin
tabeliyindəki sağlamlıq ocaqlaırnda əsaslı təmir işləri aparılır və bu sahədə
“prezident” kürsüsündə oturan Əbil Ağasıyev görülən işlərdən ağız dolusu
danışır. Bakının özündə təmir işləri bitib-tükənmək bilmir. Bir tərəfdən
yollar, körpülər salınır, digər tərəfdən isə bir neçə aydan çonra sökülür.
Elektrik dirəklərinin birinə gözümüz öyrəşməmiş , binəvaların bir yaşı olmadan
yenisi ilə əvəzlənir. Gerçəklikdə bütün çirkli pulların məhz bu “abadlıq”
işləri adı altında kimlərinsə cibinə getdiyi hamıya məlumdur. Abadlıq işləri
zahirən gedir. Əslində isə…
Qida təhcizatının zəif olması, tibbi xidmətin və bir çox personalın təlabata
cavab verməməminə bizlər nə ad verək? Bu gün ” Kurort” Səhmdar Cəmiyyətini
ətalət bürüyüb. Əbil Ağasıyevin fikrincə bu ətalətə son qoyulub. Onun dediyinə
görə qidalanma məsələsi ciddi nəzarət altındadır. Zəruri dərman
pereparatlarının təminatına nəzarət yaradılıb. Tibbi xidmətin peşəkarlığına
ciddi fikir verilir. Əslində isə……
Sanatoriyaların bir çoxunda alınan ərzaq mallarının keyfiyyəti çox aşağı
səviyyədədir. Əbil müəllimin fikrincə sağlamlıq ocaqlarında xörəklər çeşidli və
keyfiyyətlidir. Bundan başqa, sanatoriyalarda dərman, sarğı materialları və
kimyəvi preparatlarla təminatın tələbnamələrə uyğun gəlməsi də Əbil Ağasıyevi
tam təmin edir. El arasında bir kəlam daha çox işlənir: ” Görünən kəndə bələdçi
lazım deyil”. Lakin bu qədər tərifin qarşısında mən də şəxsən şahidi olduğum və
gördüyüm bəzi mətləbləri ” Kurort” Səhmdar Cəmiyyətinin (“prezidenti”) sədri
Əbil Ağasıyevə çatdırmaq istəyirəm. Çünki…sanatoriyalardakı qiymətlər
Antaliyadan bahadır
Bu gün ” Abşeron”, ” Günəşli” , ” Bilgəh”, ” Naftalan”, ” Qaranquş” kimi sanatoriyalara putyovka
tapmaq , dəryada balıq axtarmaqa bənzəyir. “Kurort” Səhmdar Cəmiyyətində
putyovkaların qeybə çəkilməsində Azad Həmkarlar İttifaqının sədri, millət
vəkili Səttar Mehbalıyevi ittiham edirlər. Guya məhz Səttar müəllimin sayəsində
ziyalılarımız sanatoriyalara putyovka tapa bilmirlər. Guya deputat seçkiləri
yaxınlaşdığına görə sanatoriyalara məhz Səttar müəllimin seçiciləri göndərilir.
Bundan başqa yuxarıların, o cümlədən paqon sahiblərinin də ” Bilgəh”
sanatoriyasındakı bütün putyovkalara əl qoyduğu da bəhanələrin sırasındadır.
Görəsən deputat seçkiləri ərəfəsində ziyalılarla millət vəkili Səttar
Mehbalıyev arasında qarşıdurma yaratmaq kimlərə sərf edir? Araşdırmalarımız
zamanı məlum oldu ki, məhz Səttar Mehbalıyevin sayəsində başı dolu, cibi boş
olan binəva ziyalılar, müəllimlər, alimlər, həkimlər sanatoriyalarda yay
aylarında müalicə almaq imkanı əldə edirlər. “Kurort” Səhmdar Cəmiyyətinə
gəldikdə isə oradakı vitse prezidentlər belə hüquqsuz bir vəziyyətdədirlər.
Lakin Marina adlı xanım qaz vurub, qazan doldurur. Belə ki, adi bir telefon
zəngi ilə Marina xanıma zəng edərək ” Bilgəh” sanatoriyasına putyovka istədim.
O da mənə bildirdi ki, bir nəfər üçün putyovkanın qiyməti 800 -manat
civarındadır. O binəva nə biləydi ki, onların “prezidenti” putyovkaların Azad
Həmkarlar İttifaqından bura gəlib çıxmadığını deyib və mən də Marina xanımın ən
yaxın adamının adı ilə ondan putyovka istəyərək əyri güzgüyə düz göz ilə
baxmağa səy edəcəyəm. Deməli “Kurort”Səhmdar Cəmiyyətində putyovkaların qeybə
çəkilib verilməməsində ittiham etdikləri Azad Həmkarlar İttifaqını və onun
rəhbərliyini nədəsə suçlayıb ittiham etmək absurt bir haldır. Elə
sanatoriyaların özlərində də putyovka tapmaq çox asandır. “Abşeron”,
“Qaranquş”sanatoriyalarındakı vəziyyətləri dəqiqliyi ilə bilmədiyim üçün oralar
haqqında bir söz deyə bilmirəm. Lakin “Günəşli” və “Bilgəh”, sanatoriyalarında
görünən mənzərə tam başqadır. Belə ki, “Günəşli” sanatoriyasında baş həkimlə
yanaşı şöbə müdirləri də putyovka alveri ilə məşğuldurlar. Bu yaxınlarda mənə
yaxın olan adamların məhz oradan putyovkalar almaları bunu mənə deməyə imkan
verir. “Bilgəh”sanatoriyasına tanışlardan birinin adı ilə zəng vurub putyovka
istəyəndə, baş həkim Muxtar müəllim bildirdi ki, bura gəlin və heç bir
problemlə üzləşməyəcəksiniz. Burada putyovkaların satılmasında tibb
qeydiyyatçısı işləyən Kəmalə Həsənovanın da xidmətləri misilsizdir ki, bu haqda
bir az sonra daha geniş danışacayıq. Yessuntuki, Kislovodsk kurortlarına
baxanda Azərbaycandakı kurort və sanatoriyaların gülməli vəziyyətdə olması heç
kimə sirr deyil. Yessuntukidə bir putyovkanın orta qiyməti 1200 dollardır. Hər
il bura Azərbaycandan 30 minə yaxın insan istirahətə gəlir. Bu 1200 dollar
qiyməti ödəyən şəxs müalicə olunmaq üçün əlavə vəsait sərf etmir. Adları
çəkilən yerlərə putyovka alan şəxslərin müalicə zamanı əlavə pulları çıxmır.
Mənim müəllim yoldaşlarım, qohumlarım hər il Yessuntukidəki sanatoriyalarda
müalicəyə gedirlər. Qidanın keyfiyyəti ilə yanaşı , müalicələrin pulsuz
aparılması, insanların dərman pereparatları ilə pulsuz təmin edilməsi, onların
təhlükəsizliyinin qorunmasını eşitdikdə, ” Bigəh”və “Günəşli”sanatoriyalarını
göz qarşısına gətirirəm . Bu gün Azərbaycandakı sanatoriyaların, xüsusən də
“Bilgəh”sanatoriyasının qiyməti Antaliyadan belə baha başa gəlir.
Bu gün ölkənin kurort siyasətini müəyyənləşdirən qanuna və dövlət proqramına
ciddi ehtiyacı var. Bizlərə indiyədək məlum deyil ki, Konstitusiyada istirahət
hüququ təsbit edilən sadə Azərbaycan vətəndaşı bu hüquqlardan demək olar ki,
məhrumdur. “Aşıq gördüyünü çalar”-deyiblər. Mən də “Bilgəh”sanatoriyasınqda baş
verənlərlə hamını, o cümlədən Əbil Ağasıyevi də tanış etmək istəyirəm . Çünki
onun yenidənqurma işləri bəzi çirkli hallara görə gözə görünmür.
Bildiyimiz kimi, hər bir yerin başlanğıcı qapıdan başlanır- elə
“Bilgəh”sanatoriyasında da. Sanatoriyanı gəzən zaman şahidi olarsınız ki, cibi
boş, başı dolu ziyalılara orada ya 1-ci, ya da 4-cü mərtəbədə yer verilir. Ən
gözəl otaqların isə öz adamları var ki, bu yerlər də əvvəlcədən bronlanır.
Bronlanan yerlərin məzənnəsi isə heç də aşağı deyil. Görəsən bunlar haqqında
Əbil müəllimin xəbəri varmı? Yox, yəqin ki, yoxdur. Axı o, lyuks nömrələrə
putyovkaların yalnız yuxarılardan verildiyini bildirir.
Əlqərəz, yaxşı otaq üçün 50 manat civarında pul tərləyən şəxs otağına gəlir.
Burada təmizlik yaratmaq, yeni yataq dəsti almaq üçün də həmin şəxs 10 manat
civarında tərləməli olur. Bundan başqa otağının hər gün təmizlənməsi üçün də 2
manat verilməlidir. Burada ən az rüşvət alan həkimlərdir ki, onlar da öz dili
ilə pul istəmirlər. Sadəcə xəstələr onlara halallıqla şirinlik verməyi özlərinə
mənəvi borc bilirlər. Tibb bacıları adi iynənin hər birini 3 , damara vurulan
iynənin hər birini isə 4 manata vururlar. Əgər həkim xəstəyə 3-4 iynə yazırsa,
dərmanın qiyməti ilə tibb bacısına verilən pulu üst-üstə hesablasaq, çəkilən
xərclərin qədəri adamı dəhşətə gətirir .
Xəstələrə yazılan proseduralar da qeyri-qanuni pulludur. Belə ki, pul verən
xəstələr növbədənkənar qəbul edilir. Tibb bacıları az qala onların başından
girib, ayaqlarından çıxırlar. Mən hələ tibb bacılarının bir çoxunun pulu daha
çox almaları üçün kişi xəstələri ilə şit,açıq və iyrənc zarafatlarından
danışmaq belə istəmirəm. Ürəyinin şəklini çəkdirib evinə sanatoriya xatirəsi
kimi aparmaq istəyənlərə bu, 5-10 manat civarında başa gəlir. Qan təhlillərinə
gəlincə isə mən hələ darsenval, elektrofariz və digər yerlərdə baş verən
neqativ hallar haqqında danışmaq belə istəmirəm.
“Bilgəh”sanatoriyasının tibb bacıları həkimlərdən qat-qat gözəl yaşayır. Elə
müalicə şöbəsinin müdirini götürək. Həmin həkim kirayə evdə yaşayıb , bir neçə
yerdə işləyir ki, ailəsini dolandıra bilsin. Lakin onun gözü qarşısında tibb
bacıları qaz vurub, qazan doldurur, o isə hüquqsuz vəziyyətdə olduğu üçün
onlara bir söz deyə bilmir. Yəqin “Kurort”Səhmdar Cəmiyyətinin (“prezidenti”)
sədri Əbil Ağasıyevin bütün bu olanlardan xəbəri belə yoxdur. Olsaydı
“Bilgəh”sanatoriyasında tibbi ləvazimatların və dərman pereparatlarının,
müalicənin pulsuz olmasından ağız dolusu danışa bilməzdi. Əbil müəllim özü əsl
ziyalı olduğu üçün yaşlı insanların, ziyalılırın bu qədər xərc çəkməsinə,
Muxtar müəllimin onları 1-ci və 4-cü mərtəbəyə ən pis otaqlara yerləşdirməsinə
imkan belə verməzdi. Adı çəkilən sanatoriyada xəstələr dərman pereparatları ilə
təmin olunmurlar. Elə “Günəşli “sanatoriyasında da. Çünki xəstələr həkimlərin
onlara yazdıqları dərmanları ciblərinin pulu ilə alırlar ki, bu da hörmətli
,Əbil müəllimin dediklərinə və qanuna görə ziddir.
“Bilgəh”sanatoriyasında yeməklərin çeşidli və keyfiyyətli olmasında danışmaq
belə lüzumsuzdur. Ola bilsin ki, yeməkxana gözəl təmir olunub, ora yeni
kondisionerlər quraşdırılıb, ötən il yeməkaxanada kef edən milçəklərin, siçan
və pişiklərin ora girilməsinə qadağa qoyulub, lakin keyfiyyət yenə də ötən
ilkindən heç nə ilə fərqlənmir. Borşun içində kələmi, çuğunduru, kökü tapan
sevinir. Kompotların içindən ötən il meyvə əvəzinə milçək çıxırdı, deyilənə
görə bu il yeməkxanada milçəklərin özlərini yaxşı aparmadıqları nəzərə
alınaraq, onların girişinə qadağa qoyulub. Yağların keyfiyyəti isə… Mən hələ ət
məhsullarından danışmaq belə istəmirəm. Buradakı yeməklərin bir
“gözəl”xüsusiyyəti də var. Belə ki, insanlar bu yeməkləri yedikcə nədənsə doya
bilmirlər. Bu da arıqlamaq istəyənlər üçün gözəl bir imkandır.
“Bilgəh”sanatoriyasının güvənlik sarıdan da bəxti gətirməyib. Belə ki, axşam
saatlarından restorandan çıxan sərxoşlardan, sanatoriyanın həyətində
qızlara-qadınlara sataşan avaralardan hər kəs özü-özünü qorumalıdır. Polislərə
gəlincə isə , zənnimcə onların bir çoxunun özündən qorunmaq daha məsləhətlidir.
Yəqin oxucular mənə sual vermək istəyərlər ki, əcəba nədən putyovkaların,
müalicənin qiyməti belə baha olan halda nədən insanlar Antaliyaya,
Yessuntukiyə, Kislovodkiyə deyil, bura gəlirlər? Bunun isə bir cavabı var. Bura
gələnlərin böyük qismi yaşlılardır ki, onları da xəstəliklərinə görə çox zaman
Azərbaycandan kənara çıxarmaq təhlükəlidir. Yoxsa…
“Kurort”Səhmdar Cəmiyyətinin (“prezidenti”) sədri Əbil Ağasıyev sanatoriyaların
abadlaşdırılması, onların Avropa standartlarına çatması üçün cani dildən
çalışsa da, tək əldən səs çıxmır.

Yuxarıda sadalananlar da onu göstərir ki, Azərbaycanda
həmkarlar ittifaqlarının ancaq kağız üzərində mövcud olması bəlli bir faktdır. Sovet
dövründə populiyar olan “prafsoyuz” anlayışı artıq unudulmaq üzrədir. Müstəqil
həmkarlar ittifaqı yaranmamasında hökumətlə işəgötürənlərin maraqları tam
üst-üstə düşdüyündən bu qəbildən olan ideyalar beşiyindəcə boğulur. Sovet
dövründən miras qalmış həmkarlar ittifaqları isə klassik funksiyalarını icra
etmək iqtidarında deyil. Bu qurumlar həmkarların əvəzinə əks cəbhəninin – hökumətin
və işəgötürənlərin maraqlarını müdafiə edir. Addımbaşı hüquqları pozulan, işdən
qovulanları isə ancaq media və bəzi QHT-lər müdafiə edir. Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədrinin millət vəkili olmasına
baxmayaraq, bir dəfə də olsa Milli Məclisdə həmkarlar ittifaqlarının problemini
qaldırmayıb. Konfederasiyanın sədri ancaq ara-sıra həmkarlarla bağlı problemlərə
münasibət bildirməklə kifayətlənir. Vəssəlam. Bununla da işini bitmiş hesab
edir. Ancaq daxil olan məlumatlar başında Azərbaycanın ali qanunverici
orqanının üzvünün dayandığı AHİK-də böyük maliyyə maxinasiyalarının həyata
keçirildiyini göstərir. AHİK sədri, millət vəkili Səttar Mehbalıyev həmkarlar təşkilatı
adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem
yaradıb.
Azərbaycanda Həmkarlar İttifaqının korrupsiya mexanizmi vətəndaşın işə
götürüldüyü andan başlayır. Təzə işçi həmkarlar ittifaqına üzv etdirilmək üçün ərizə
yazır, vəsiqə alır. Üstəlik maaşından həmkarlara pul tutulması üçün də işçi
ayrıca ərizə yazılmalıdır. Ancaq indi əksər idarələrdə bu prosedurlar avtomatik
edilir. Yəni işçinin adı mühasibat kağızına düşən kimi, onun maaşından həmkarlara
pul tutulur. Əslində həmkarların büdcəsi lap əvvəldən, hələ sovet dönəmindən o
qədər də “halal olmayan” əsaslarla formalaşır.
Həmkarlar ittifaqında baş verən korrupsiya, maliyyə maxinasiyaları və qanun
pozuntuları haqda tam təsəvvür yaratmaq üçün bir neçə statistik göstəriciyə nəzər
yetirmək kifayətdir. AHİK-in sədri həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının rəhbəri olduğundan ilk əvvəl elə bu sahədəki qüsurlar diqqət çəkir.
Məsələn ölkə üzrə təxminən 170.000 orta məktəb müəllimi var, onların da orta
aylıq maaşı 100 manatdır, həmkarlara qoşulmaq üçünsə üzvülük haqqı müəllimin
maaşınnın 2 faizini təşkil edir. Demək orta məktəb müəllimlərinin həmkarlara ödədiyi
məbləğ ayda azı 340.000 manatdır. Bir il ərzində isə bu vəsait 4 milyon 80 min
manat edir. Nə vaxtsa bu pulla müəllimləri “putyovkaya”, müxtəlif yerlərə
istirahətə göndərilirdi. İndi isə çox şey dəyişib. Əvvəla, həmkarlara yığılan
pullar elə müəllimlərin “bülleten” (xəstəlik kağızı) pullarının ödənməsinə sərf
olunur. Halbuki “bülleten” pulunun ayrılması qətiyyən həmkarların
ittifaqlarının səlahiyyətində deyil. “Bülleten pulu” həmkarların əlində müəllimlərə
təzyiq üçün bir vasitədir. Əslində “bülleten pulu” vətəndaşların vergilərindən,
sığorta pulundan verilir.
Adının çəkilməsini istəməyən bir həmkarlar ittifaqı sədri deyir ki, möhür itə
bilər deyə (!!!) onların möhürü adətən məktəb direktorunda olur. Ayrılan vəsait
də bir qayda olaraq məktəb direktoru səviyyəsində bölüşdürülür. Halbu ki, “Həmkarlar
İttifaqları haqqında” qanuna görə, idarə rəhbərliyinə daxil olan şəxslər həmin
idarədə həmkarlara üzv ola bilməzlər.
Ölkə üzrə hərdənbir səsi çıxan neftçilərin həmkarlar ittifaqlarıdır, xüsusilə
xarici neft şirkətlərində, baxmayaraq ki, onların səsi əslində dolayısı ilə
Qeyri Hökumət Təşkilatından – Neftçilərin Hüquqlarını Müdafiə Komitəsindən
çıxır. Ötən ilin dekabrına olan məlumata görə, ölkədə təxminən 85.000 neftçi
var. Onların maaşlarından həmkarlara gedən pul da ən çoxu 2 faizdir. Neft sənayesində
orta maaş 450-500 manat olduğunu nəzərə alsaq neftçilərin həmkarlara aylıq ödənişləri
ayda təxminən 850 min manat edir. Bu isə il ərzində 10 milyondan yuxarı məbləğ
deməkdir.
Neftçilərin həmkarlara ödədiyi pulun da bir hissəsi müəllimlərdə olduğu kimi
putyovkalara və həmkarların vəzifə borcu sayılan digər məsələlərə sərf
olunmalıdır. ARDNŞ rəhbərliyində təmsil olunan məmurlar istirahətlərini Avropa
ölkələrində və dünyanın digər kurort zonalarında keçirirsə, sadə neftçilər ən
yaxşı halda Nabrana göndərirlir. Onu da qeyd edək ki, hətta ölkədaxili
sanatoriya yollayışları həmkarlar üzvələrindən çox həmkarlar təşkilatları ilə
heç bir əlaqəsi olmayan insanlara 300-500 manat civarında pula satılır.
“Abşeron”, “Qaranquş”, “Naftalan” sanatoriyalarında istirahət edənlər insanlar
arasında apardıqları sorğular nəticəsində məlum olub ki, sanatoriya
yollayışları bir qayda olaraq imkanlı adamların valideynlərinə, ailə üzvlərinə
və onların özlərinə daha çox satılır. Bu isə “Həmkarlar İttifaqları Haqqında
Qanun”un və AHİK-nin nizamnaməsinin kobud şəkildə pozulması deməkdir.
Ümumiyyətlə, həmkarlar şəbəkəsində daha çox korrupsiyalaşmış mexanizm
“putyovkalar”la bağlıdır. Çünki, il ərxində toplanan külli miqdarda vəsaitin
böyük bir hissəsi məhz bu vasitə ilə silinir. Həmkarları İttifaqının nəzdində fəaliyyət
göstərən “Kurort” Səhmdar Cəmiyyəti birbaşa AHİK-nin rəhbərinin nəzarəti
altındadır. Ona görə də cəmiyyətin tabeçiliyində və dövlətin balasında olan
sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur. Başqa sözlə “putyovka”
adı ilə silinən pullardan əlavə bu obyektlər də külli miqdarda gəlir gətirir.
AHİK-dəki qanunsuzluqlar bununla yekunlaşmır. 1994-cü ildə qəbul olunmuş Həmkarlar
İttifaqları haqqında qanunda göstərilir ki, həmkarlar müstəqil qurumlardır,
dövlət idarələrinə, siyasi partiyalara, ictimai birliklərə tabe deyillər,
onlara hesabat vermirlər, öz rəhbər orqanlarını seçir və geri çağırır,
plenumlar, qurultaylar keçirirlər.
Amma müəssisələrdəki Həmkarlar İttifaqı formal xarakter daşıyır. Bu qurmların
heç bir real səlahiyyətləri yoxdur, müsəsisə rəhbərliyinin onlara ayırdığı
dekorasiya rolunu həvəslə oynayırlar. Əksinə, onlar müəssisə rəhbərlərinə işçilərin
işdən çıxarılmasına kömək edirlər. Əmək münasibətlərilə bağlı yaranan mübahisələrdə
həmişə Həmkarlar Təşkilatlarının çox soyuqqanlı yanaşdığının şahidi oluruq.
Seçmə yolla götürülmüş Bakı şəhərində yerləşən təhsil müəssisələrinin və tibb
ocaqlarının heç birində həmkarlar təşkilatlarının yığıncaqları bir qayda olaraq
keçirilmir. Bölgələrdə isə həmkarların hər hansı bir fəaliyyətindən danışmağa dəyməz.
Təşkilatlardan əmək haqqı cədvəli üzrə tutulan milyonlarla üzvlük haqqları mərkəzləşdirilmiş
qaydada “yuxarı” ötürülür.
Məlumat üçün bildirək ki, 16 il əvvəl yaradılmış Azərbaycan Həmkarlar İttifaqı
Konfederasiyasının hazırda özündə 18610 həmkarlar ittifaqı təşkilatını birləşdirir
və 1 milyon 500 min üzvü var. Nəzərə alsaq ki, ölkədə orta aylıq əmək haqqı təxminən
100 manatdır, demək hər bir işçi ayda ən azı 2 manat üzvülük haqqı keçirir. Bu isə il ərzində 40
milyondan artıq vəsait deməkdir.

feridFərid Abdullayev, Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3097

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930