“Ramiz Mehdiyev dedi ki, Gülər Əhmədovanın kassasına fond pulu keçirməlisən”

02.01.2014 - 23:28
"Ramiz Mehdiyev dedi ki, Gülər Əhmədovanın kassasına fond pulu keçirməlisən"Elşad Abdullayevin İlham Əliyevə müraciətində şok ittihamlar

 
ABU-nun sabiq rektoru, hazırda Fransada mühacirətdə olan
Elşad Abdullayev yeni ilin ilk günündə İlham Əliyevə müraciət etdi.
Müraciətinin bir surətini də KİV-ə (o cümlədən cumhuriyyet.az-a)
yollayan E.Abdullayev yenə də hazırda həbsdə olan Gülər Əhmədova, habelə
oğurlanmış qardaşı Mahir Abdullayevdən bəhs edib.

E.Abdullayev yazıb ki, Gülər
Əhmədovanın cinayətləri haqqında siyasi sifarişli məhkəmə hökmü 02
dekabr 2013 il tarixində cıxarılsa da, həm prokurorluqda, həm də məhkəmə
hökmündə onun ağır cinayət hesab edilən işi tam və hərtərəfli
araşdırılmayıb, elə bil xırda dələduzluq cinayətinə hüquqi qiymət
veriblər, belə bir ağır cinayəti adiləşdirməyə cəhd ediblər. Onun
yazdığına görə, məhkəmədə diqqət mərhum Sevinc Babayeva ilə bağlı
cinayətin üzərinə yönəlib: “Cinayət işinin əsas predmeti nə
prokurorluğu, nə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlsultan
Osmanovu maraqlandırıb. Siyasi sifariş olduğu üçün hələ də əsas qaranlıq
məqamlara işıq salınmayıbdır, iş üzrə əsl həqiqətin açılmasında nə
prokurorluq, nə də məhkəmə maraqlı deyil”.

E.Abdullayev yazıb ki, G.Əhmədovanın məhkəmədəki 02 dekabr 2013 il
tarixli son sözü və məhkəmə hökmü ilə KİV vasitəsilə tanış olub. “Bu
necə ədalət mühakiməsidir ki, məhkəmə hökmü cinayətdə günahkar bilinənin
sifarişli yalanları üzərində qurulubdur” deyə sual edən hüquq
professoru vurğulayıb ki, G.Əhmədovanın və gündə bir dəfə dəyişən
vəkillərinin cıxışları əsasında bir tərəfli qayda da sifarişli tərtib
olunan məhkəmə hökmü həqiqətə uyğun olmayan ağ yalanlar üzərində tərtib
olunubdur: “Birincisi, Gülər Əhmədovanın məhkəmə stenoqramında 32 yalan
var. O, məhkəmə stenoqramında 32 yalanın 12 tezisi ilə əsaslandırmağa
cəhd edir ki, Elşad Abdullayevin cəkdiyi gizli video görüntülər E.R.A.
Hüquq Xidməti MMC-in ofisində qanunsuz cəkilibdir. O, yalanını onunla
əsaslandırır ki, güya E.R.A. Hüquq Xidməti qanunsuzdur, onun təsisçisi
məlum deyildir, cəmiyyətin hüquqi ünvanı yoxdur, cəmiyyət gizli çəkilən
ofisdə hüquqi qeydiyyatdan keçməyibdir. Təsiscisi, direktoru Elşad
Abdullayev deyildir və s. əsasız yalanlarla cıxış edibdir. Cavab olaraq
bildirmək istəyirəmki E.R.A.Hüquqi Xidmət MMC-i tam hüquqi Məhdud
Məsuliyyətli Cəmiyyətdir. E.R.A. Hüquqi Xidmət MMC – Azərbaycan
Respublikası Ədliyyə Nazirliyi tərəfindən 05 aprel 2005 il tarixindən
в„–0105 – P109 – 42682 saylı Dövlət qeydiyyatı haqqında Şəhadətnamə
verilmişdir (Ərizəyə əlavə edilir). Şəhadətnamənin 8-ci bəndində qeyd
edilir ki, cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu,
İ.Qutqaşenli kücəsi, 9 – dur . Cəmiyyətin Nizamnaməsinin 3.1. bəndinə
görə cəmiyyətin təsisçisi Abdullayev Elşad İslam ogludur (Ərizəyə əlavə
edilir). AR Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə
Bakı Bölgə Şəbəsi Kommersiya Təşkilatlarının Dövlət Reystrindən
çıxarişın 8-ci bəndinə görə təsisci Abullayev Elşad cəmiyyətin nizamnamə
kapitalının 100 % -nə malikdir və 9-cu bəndinə gərə E.R.A. Hüquqi
Xidmət MMC-in drektoru Abdullayev Elşad təyin edilibdir(Ərizəyə əlavə
edilir) ; İkincisi, Gülər Əhmədova yalan danışaraq bildirir ki, gizli
video görüntülər saxtadır. Məlumdur ki, Azərbaycan məhkəmə ekspertizası
müəyyən etmişdir ki, video görüntülər saxta deyildir, orjinaldır.
Üçüncüsü, Gülər Əhmədova yalan olaraq bildirir ki, mən Elşad Abdullayev
ilə bir dəfə görüşmüşəm və bir dəfəyə bu qədər pulu mənə necə etibar
edibdir? Mən Elşad Abdullayev olaraq bildirmək istəyirəm ki, mən heç bir
vaxt Gülər Əhmədovanı ciddi adam kimi qəbul etməmişəm, məni çaşdıran
Prezidentin İcra Aparatının müdiri Ramiz Mehdiyev olub. O, məni qəbul
etdi və bildirdi ki, Prezident Aparatının birinci mərtəbəsində deputat
Gülər Əhmədovanın kassasına fond pulu keçirməlisən. Həmin an məni
Prezident Aparatının girəcəyində birinci mərtəbədə Gülər Əhmədova və
rəhmətlik Sevinc Babayeva gözləyirdi”.

E.Abdullayev onu da yazıb ki, G.Əhmədovanın “onun yanına ABU-nun
tələbələrinin işinə görə getmişdim” sözləri də özünü təkzib edir:
“Əvvəla, heç bir videogörüntüdə biz Gülər ilə tələbə söhbəti etməmişik.
Başqa bir tərəfdən də, 2003-2005-ci illərdə ABU-da heç bir tələbə
problemi olmamışdır. Azərbaycan Beynəlxalq Universiteti Dövlət
Akkreditasiya qeydiyyatından keçmiş qanunvericiliyə uyğun fəaliyyət
göstərən “Abituriyent” jurnalının reytinq göstəricisinə görə, qabaqcıl
ali təhsil müəssisəsi idi. Lakin bu cinayətkar ünsürlər ABU-nu
qeyri-qanuni bir universitet kimi cəmiyyətə təqdim edirdilər. Əksinə, o,
məndən Azərbaycan Beynəlxalq Universitetini Ramiz Mehdiyevin nüfuz
dairəsinə keçirməyi tələb edirdi. O, eyni zamanda yalan danışaraq
bildirir ki, mərhum Sevinc Babayeva və Lyudmila Məmmədova ABU-da
işləyiblər. Rəsmi bildirmək istəyirəm ki, heç bir vaxt həmin şəxslər
ABU-da heç bir vəzifədə calışmayıblar, onlar sosial şəbəkələrə Gülər
Əhmədovanın şifarişi ilə cıxıblar. Yaxud, Tavat Şirinova 2007-ci il
tarixindən müstəsna hal kimi Təhsil Naziri Misir Mərdanovun əmri
əsasında işdən azad olunmuşdur. Şikayəti var idisə nə üçün mən videoları
ictimailəşdirdikdən 6 il sonra şikayətçi oldu? Həmcinin Gülərin bacısı
bir gün də olsun ABU-da işləməyibdir. Beşincisi, Gülər Əhmədova
prokurorluğun istintaqında yazılı olaraq rəsmi ifadə vermişdi ki, mən
Elşad Abdullayevdən pul almışam və qaytarıram. Məhkəmədə isə bildirir
ki, yorğun olduğum üçün belə demişəm. Məlumdur ki, bizim hakimlərimiz o
qədər də sadəlövh deyillər ki, Gülər Əhmədovanın belə nağıllarına
inansın”.

E.Abdullayev iddia edir ki, susdurmaq məqsədilə onun əleyhinə Kiyev
şəhərində həqiqətə uygun olmayan qara transplantasiya deyilən saxta,
“fabrikovat” olunmuş cinayət işi açılıb. Onun yazdığına görə, Ukrayna
Prokurorluğu cinayət işini ləğv edir, Azərbaycan baş prokuroru Zakir
Qaralov onun əleyhinə saxta iş açıb: “Mən isə Ukrayna Prokurorluğundan
tələb edirəm ki, bu işdə mənim heç bir iştirakım olmadığı halda adımı bu
işə salanları araşdırsın, həmin vəzifəli şəxslər cinayət məsuliyyətinə
cəlb olunsunlar. Yaxud 1 ay öncə ömrü boyu sağlam idmancı həyat tərzi
kecirmiş mənim mühafizə xidmətinin əməkdaşı, Mahirin dostu olan Ramin
Qədimov guya artıq dozada narkotik maddə qəbul etdiyinə görə Sevinc
Babayeva sayağı dünyasını dəyişmişdir. Ramini tanıyan hər kəs yaxşı
bilir ki, o, həmişə sağlam həyat tərzi keciribdir, heç siqaret cəkən
şəxsdə deyildir, amma, onu əsasız olaraq cəmiyyətə narkotik maddəyə görə
ölən kimi təqdim edirlər. Və ya bu işlə bağlı qətlə yetirilən digər
şahidlər”.
E.Abdullayevin yazdığına görə, M.Abdullayevin oğurlanması işini
araşdıran hüquq mühafizə orqanlarının rəsmiləri onlarla çoxsaylı
söhbətlərində bu oğurlanma faktını inkar etməsələr də, bunu rəsmi təsdiq
etməkdən boyun qaçırıblar: “Hətta Milli Təhlükəsizlik Nazirliyinin və
Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə
İdarəsinin (“Banditizm”in) əməkdaşları etiraf etdi ki, 70 faiz insanları
ki, öz təşəbbüsümüzlə tuturuq, bu həbsi rəsmi etiraf edirik. Amma,
20-30 faiz lap yuxardan xüsusi sifarişilə apardığımız həbslərin səbəbini
özümüz də bilmirik və bu həbslər barədə ümumiyyətlə, məlumat yaymırıq.
Bütün bunlar da onun nəticəsidir ki, Azərbaycanda adam oğurluğu ilə
məşğul olan mütəşəkkil cinayətkar təşkilat zərərçəkmişin qohum-əqrəbası
üzərində çirkin siyasi və məqsədli oyun qurub, bununla zərəcəkmişi
təzyiq və təhdid altında saxlamaq, hansısa şərtlərini qəbul etdirmək
məqsədi güdür”.

E.Abdullayev sonda onu da qeyd edib ki, son 10 il müddətində bu
problemlərlə bağlı dəfələrlə müvafiq orqanlara müraciət edib. Sabiq
rektor yeni ilin ilk günündə onları bir daha yada salmaqla onun həllinə
ümid etdiyini deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3100

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031