Əli Əhmədov baş nazir gətirilir
YAP-ın İcraçı katibinin gözlənilmədən baş nazirin müavini vəzifəsinə
gətirilməsinin sirri açılır
Əldə etdiyimiz məlumata görə 2014-cü ilin yanvar
ayında indiki baş nazir Artur Rəsizadə vəzifəsindən yola salınacaq. Faktiki
olara 78 yaşlı kabinet rəhbəri həm yaşlı, həm də xəstə olması səbəbindən öz vəzifəsini
icea edə bilmir. Onun bu vəzifəyə yenidən 09 oktyabr 2013- cü il seçkilərindən
sonra təyin edilməsi hakimiyyət daxili gücləri bir müddət neytrallaşdırmaq üçün
atılmış zəruri addım idi. Biz “Yeni Cumhuriyyət” qəzeti olaraq öncədən də xəbər
vermişdik ki, bu təyinat müvəqqətidir və yaxın 6 ay üçün nəzərdə tutulub. Artıq
hakimiyyət daxilində kövrək də olsa nisbi sabitlik əldə edə bilən hakimiyyət
Artuq Rəsizadəni yola salmağa hazırlaşır. Yeri gəlmişkən qeyd edək ki, sözü gedən
baş nazirin hələ 09 oktybar seçkilərindən sonra yola salınması üçün bəzi tədbirlər
görülmüşdü. Ona müvafiq təşəkkürün elan edilməsi və təm- taraqlı yola salınması
üçün dövlət başçısı adından ziyafət də nəzərdə tutulubmuş. Hətta ziyafətin
keçiriləcəyi məkan və qonaqlar da müəyyənləşibmiş. Amma yuxarıda qeyd etdiyimiz
kimi son anda qərar dəyişdirilib və baş nazirin yola salınması ertələnib. Artıq
vaxt yetişib. Əliyev rejiminin Artur müəllimlə vidalaşmaq zamanı gəlib çatıb.
Hazırda çoxlarını düşündürən sual Artur Rəsizadənin
yerinə kimin gətirilməsi ilə bağlı məsələdir. Hakimiyyətdaxili etibarlı mənbələrdən
aldığımız məlumata görə yeni baş nazir müəyyən parametrlərinə görə əvvəlkindən
fərqlənməyən biri olacaq. Yəni o da A. Rəsizadə kimi iddiasız, arxası və
komandası olmayan, eyni zamanda reputasiyası o qədər də ləkəli olmayan məmur
olacaq. Artıq həmin şəxs müəyyənləşib. Bu hazırda baş nazirin müavini, əslən Qərbi
Azərbaycandan olan Əli Əhmədovdur. Xatırlayırsınızsa Ə. Əhmədov bu yaxınlarda,
daha dəqiq desək İlham Əliyevin 19 oktybar inauqrasiyasından sonra bu vəzifəyə
təyin olunub. Bir çox ekspertlər Əli Əhmədovun gözlənilmədən YAP-ın İcraçı
katib vəzifəsindən baş nazirin müavini vəzifəsinə gətirilməsini də məhz bu məqsədə
xidmət etdiyi qənaətindədir. Hakimiyyət bu gedişi ilə Artur Rəsizadəni əvəzləməklə
yeni simada “köhnə Artur”-u baş nazir etmək, eyni zamanda hakimiyyət daxili
balansı saxlamaq istəyir. Çünki Əli Əhmədov hakimiyyət daxili qrupların
hammısından demək olar ki, eyni məsafədə qalan, ailə hakimiyyətinə sadiq bir şəxsdir.
Digər tərəfdən hakimiyyət bu addımı ilə islahatlar aparmaq və Qərbi Azərbaycanlılara
vəzifə vermək görüntüsü yaratmaq istəyir.
Hər şey proseslərin sonrakı gedişindən asılı
olacaq. Mövzunu diqqətdə saxlayacayıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3107