“İqtisadi inkişaf” nağılının sonu

03.01.2014 - 13:23

Azərbaycanın illik büdcəsinin yarısına yaxın
xarici borcu var: Adambaşına 747 dollar

 

2012-ci
il dövlət büdcəsinin icrası haqqında Hesablama Palatasının rəyinə görə,
Azərbaycanın 6 milyard 900 milyon dollar xarici dövlət borcu var. Bu,
Azərbaycanda adambaşına 747 dollar edir. Hesablama Palatasının rəyində
bildirilir ki, ölkənin xarici borcları, özəlliklə infrastruktur layihələrinin
gerçəkləşdirilməsindən yaranıb.

 

65 milyon dollarlıq kredit ayrıldı… su
gəlmədi

 

Ağdaşın su problemini
çözməkdən ötrü rayonun su və kanalizasiya xətti yenilənir. Asiya İnkişaf Bankı
2005-2009-cu illərdə bu işlərə bütövlükdə 65 milyon dollar vəsait ayırıb. Ağdaş
və Göyçayda işlər davam edir. Sakinlər layihənin tezliklə yekunlaşacağı günü gözləyirlər.
Ağdaş sakini Bahar Babayeva deyir ki, yollar qazılsa, yeni xətt çəkilsə də,
işlərin nə vaxt başa çatacağı bilinmir: “Rayonda su yoxdur. Qış aylarında su
bir gün gəlir, beş gün yox. Yolları qazıblar, amma evlərə nə vaxt su xətti
çəkiləcəyindən xəbər yoxdur. Nə gəlirsə, köhnə xətlərlə gəlir. O da günlərlə
susuz qalmağın hesabına”.

Göyçay və Ağdaşda su,
eləcə də kanalizasiya xətlərinin yenilənməsi Asiya İnkişaf Bankının ölkədə
maliyyələşdirdiyi 18 layihədən biridir. Azərbaycan dövləti 2001-2012-ci illərdə
həmin bankdan ümumilikdə 1 milyard 340 milyon dollarlıq kredit alıb. Bu vəsatin
yarısı nəqliyyata, 28 faizi su və kanalizasiya sisteminin yenidən qurulmasına,
13 faizi maliyyə təsərrüfatına, 1.5 faizi kənd təsərrüfatına ayrılıb.

 

Azərbaycan hansı banka və nə qədər borcludur?

 

Azərbaycan 2012-ci
ildə, özəlliklə Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın “KfW” Bankı və
Çexiyanın Sporitelna Bankı ilə beynəlxalq sazişlər imzalayıb. 2013-cü ilin
əvvəlinə beynəlxalq maliyyə institutlarına ölkənin borcu bu qədərdir: Dünya
Bankı- 3 milyard 61 milyon 500 min; Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi- 1
milyard 175 milyon; İslam İnkişaf Bankı- 921 milyon 500 min; Avropa
Yenidənqurma və İnkişaf Bankı- 1 milyard 98 milyon; Çexiya İxrac və Çexiya
Kommersiya Bankı-1 milyard 110 milyon;

 

Xarici kreditlə salınan və dağılan yola yenidən
kredit ayrilib

 

Bu kreditlərin böyük
əksəriyyəti ölkədə infrastrukturun möhkəmlənməsinə, özəlliklə nəqliyyata – ana
yolların yenidən qurulmasına, su və kanalizasiya sisteminin yenilənməsinə
ayrılıb. Eyni istiqamətə həm dövlət büdcəsindən, həm də xaricdən kredit
alınması mütəxəssislərdə xeyli sual doğurur. Dövlət büdcəsinin gərəksiz
xərclərini azaltmaqla xaricdən kredit götürməmək də olar. Dövlət investisiya
layihələri içərisində məqsədləri aydın, eləcə də vacib olmayan xeyli xərclər
var. Tutalım, inzibati binaların tikintisinə ayrılan
vəsait. Bu qurumların əksəriyyətinin binası olduğu halda onlara yenidən vəsait
ayrılır. Güc strukturlarına məxsus binalarda gedən hər hansı təmir və tikinti
işlərinə ayrılan vəsait də həmçinin. Müdafiə Nazirliyinə vəsait ayrılması yenə
əsaslandırıla bilər, amma daxili işlər və fövqəladə hallar nazirliklərinə nədən
bu qədər vəsait ayrılsın?

Niyə
həmin xərcləri ixtisar edib xarici kreditlər hesabına görülən işlərə
yönləndirməyək və beləcə, dövlətin xarici borcunu azaltmayaq? Burada bir məqamı
heç cür gözardı etməməliyik: xarici kreditlər bir neçə məmurun
“kurasiyasındakı” sahələrə ayrılır. Hətta eyni layihəyə dəfələrlə kredit almaq
halları da var. Məsələn, bir neçə il öncə salınan ikizolaqlı Hacıqabul-Kürdəmir
yoluna işlər başa çatandan sonra yenidən kredit ayrıldı – bu dəfə dördzolaqlı
yolun salınması üçün. Nəticədə əvvəl salınan yeni yol tam dağıdıldı və yeni yol
çəkilməyə başlandı.

 

Digər
bir tərəfdən, xarici kreditləri araşdırarkən, işi tender qalibinin deyil, başqa
bir şirkətin gördüyü hallar da olub. Onu fikrincə, bu hallar özəlliklə
kommersiya maraqlarını düşünən beynəlxalq maliyyə institutlarının
maliyyələşdirdiyi layihələrdə baş verir. Azərbaycana ayrılan kreditlər daha çox
4 faizlə verilir. Bəzi maliyyə qurumları kredit ayırarkən maddi maraqları,
bəziləri öz siyasətini əsas götürür.

 

Dövlət28 milyon dollar faiz ödəyəcək

 

2012-ci
ildə Dövlət Neft Fondundan 8 milyard 340 milyon manat dövlət büdcəsinə
köçürülüb. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və
sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata
keçirilməsinə 250 milyon, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına
106 milyon, “Bakı-Tbilisi-Qars yeni dəmiryolu” layihəsinin
maliyyələşdirilməsinə 11 milyon, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na 12 milyon manat vəsait
ayrılıb.

Xarici
kredit və Dövlət Neft Fondundan, eləcə də dövlət büdcəsindən ayrılan vəsaitin
bir ciddi fərqi var – alınan xarici kreditin müqabilində faiz ödənilir. Yazının
əvvəlində xatırladıldığı kimi, 2012-ci ilin sonuna olan məlumata görə,
Azərbaycan dövləti təxminən 7 milyard dollar xarici kredit götürüb. Bu o
deməkdir ki, dövlət götürdüyü kreditə görə təxminən 28 milyon dollar əlavə faiz
ödəyəcək.

Ötən
ilin sonuna olan məlumata görə, Azərbaycan bütövlükdə 11 milyard 745 milyon
dollarlıq kredit sazişi imzalayıb.

 

“İqtisadiyyat
şöbəsi”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3119

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31