Unibank yalanları

03.01.2014 - 14:35

Bankın
reklamlarda car çəkdiklərinə əməl etməməsi heç kimi – nə banklara nəzarət edən
orqanları, nə də reklamlara nəzarətçi qurumları narahat etmir

 

Azərbaycan
banklarının vəziyyəti, onların iş prinsipi bu gün çoxlarını narahat edir.
Kreditlərə faiz dərəcələrinin yüksək olması, depozitlərlə bağlı problemlər ölkə
vətəndaşlarının ən çox əziyyət çəkdiyi və şikayətçi olduğu sahələrdən biridir.
Nəzərə alsaq ki, əhalinin təqribən 90 faizi daimi bank müştəriləridir, o zaman
mənzərə aydın olar. Bu sahə ilə əlaqəli ekspertlərin də təsdiqlədiyi kimi Azərbaycan
banklarında həm kreditlərə tətbiq edilən faizlər, həm də depozitlərin faizləri
dünya üzrə ən yarıtmazlarından biridir. Hətta postsovet ölkələri ilə müqayisədə
belə, bu fərq aydın nəzərə çarpır.

Digər
bir narahatedici məqam isə bankların müştərilərə yönəlik reklam
kampaniyalarının reallıqdan uzaq olmasıdır. Yəni, televiziyalarda, radiolarda,
yazılı mətbuatda, internet portallarında, eləcə də şəhər metropoliteni və küçə
reklamlarına insanlara “gəl-gəl” deyən bankların binasına girəndə,
eşidib-gördüklərimiz sabun köpüyü kimi yoxa çıxır.

Qeyd
etdiyimiz problemli yaşayan insanların ən çox şikayət etdiyi banklardan bir, bəlkə
də birincisi Unibank-dır. Bankın güzəştlə dolu reklamlarını təqib edib
çatdırmaq belə müşkülə dönüb – vergi və gömrük işçilərinə endirimli kredit,
“Albalı” kartı, istehlak kreditləri üzrə faizlərin aşağı salınması, arayışsız kreditlər
təklifi, yüksək faizli əmanət qəbulu və s. Sonuncusu isə Novruz bayramı münasibətilə
başlayan kampaniyadır.

Amma
maraqlı cəhət odur ki, bankın reklamlarda car çəkdiklərinə əməl etməməsi heç
kimi – nə banklara nəzarət edən orqanları, nə də reklamlara nəzarətçi qurumları
narahat etmir. Yalnız sıravi vətəndaşlardır ki, onların əlindən də yalnız təəssüflənmək,
başqa çıxış yolu olmadığından deyilənlərlə razılaşmaq, maksimum, Unibank-ın
qarasınca deyinmək gəlir. Məsələ burasındadır ki, müştəriləri cəlb etmək üçün
reklam mətnlərində şirnikləşdirici sözlərdən, vasitələrdən istifadə etmək
qadağandır. Hətta “Reklam haqqında” qanunda da göstərilir ki, bilərəkdən yalan
reklam yaymaq məsuliyyət yaradır. Mütəxəssislərin fikrincə, bu halda bankın
xidmətindən istifadə edən müştəri yerindəcə vəziyyəti dəyərləndirib, prosesi
aktlaşdırsa, məhkəməyə müraciət etmək hüququ var. Bu cür hala rast gəlinmədiyi
üçün də, Unibank kimi banklar istədiyini edir.

Bundan
qaçmaq üçün ictimai qınaqdan əlavə, hüquqi presedent yaranmalıdır ki, heç
olmasa bundan sonra vətəndaşlar eyni halla üzləşməsinlər. Əks halda, Unibank
bizi hara qədər aldadacaq, bunu bir Allah bilir.

Elçin

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3126

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031