Hərbi qulluqçular qəzaya düşüb

03.01.2014 - 16:27

Yaralılar DİN-in Bakıdakı hərbi hospitalına göndəriliblər

 

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

“Daewoo” markalı, “10 VZ 725” dövlət nömrə nişanlı avtomobil gecə
saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 18-ci kilometrliyində Şəhriyar
kəndi ərazisində qəzaya uğrayıb. Sürətlə hərəkətdə olan avtomobil sərt
döngədə yoldan çıxaraq aşıb.

Nəticədə sürücü – 1993-cü il təvəllüdlü Məmmədov Abbas Əlmirzə oğlu
və sərnişinlər – Sumqayıt sakini, 1990-cı il təvəllüdlü Nuriyev Azər
Akif oğlu və 1981-ci il təvəllüdlü Mirzəyev Elxan ağır bədən xəsarətləri
ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Avtomobildə olan hər üç şəxs Daxili Qoşunların Hacıqabul rayonunda
yerləşən N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi
qulluqçulardır.

Yaralılar DİN-in Bakıdakı hərbi hospitalına göndəriliblər. Faktla bağlı araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3134

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31