“Beşiktaş”ın Ronaldinyonu almağa pulu çatmadı

03.01.2014 - 16:29

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun “Beşiktaş”a keçidi böyük ehtimalla baş tutmayacaq.

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun “Beşiktaş”a keçidi böyük ehtimalla baş tutmayacaq.
 
“Atletiko Mineyro” (Braziliya) klubu ilə müqaviləsi başa çatan
futbolçu “Beşiktaş”da oynamaq üçün illik 6,5 milyon avro tələb edib.
Türklər isə Ronaldinyoya uzağı illik 4,5 milyon avro ödəməyə hazır
olduqlarını bildiriblər.

Məlumata görə, futbolçunun qardaşı, eləcə də meneceri olan Roberto
Assis İstanbul klubunun rəhbərliyində təmsil olunan Ahmet Nur Çebi,
Metin Albayrak və Deniz Atalayla Türkiyədə bir restoranda görüşüb. İki
saat davam edən görüşdə tərəflərin şərtləri üst-üstə düşməyib.

Ahmet Nur Çebi futbolçunun meneceri ilə görüşlərinin Ronaldinyonun
keçidi ilə bağlı olmadığını bildirib: “Assis bizim qonağımızdır.
Türkiyəyə istrahətə gəlib. Biz də onunla görüşərək birlikdə yemək
yedik”.

Ronaldinyonun qardaşı da Türkiyəyə transfer danışıqları ilə əlaqədar
gəlmədiyini bildirib: “Mən bura turist kimi gəlmişəm və gəzirəm.
“Beşiktaş”la transfer bazarlığımız olmayıb. Bu mövzuda danışmaq
istəmirəm, bu, düzgün olmazdı”.   

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3135

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31