“Novxanı fatehi” Məhərrəm Əvəzovun Xızı macəraları

07.09.2015 - 00:00

pul-korrupsiyaBakının Novxanı kəndinin keçmiş bələdiyyə sədri Əvəzov Məhərrəm Balay oğlu ilə bağlı redaksiyamıza yeni informasiya daxil olub. Bundan öncəki məlumatlarda M.Əvəzovun Novxanıdakı torpaq və obyektlərinə diqqət çəkən mənbə, bu kəs sabiq bələdiyyə sədrinin Xızıdakı mal-qara biznesinə diqqət çəkib. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, hələ bələdiyyə sədri olduğu dönəmdə Xızıda təsərrüfat əhəmiyyətli torpaq sahələrinə böyük maraq göstərən M.Əvəzov, bu gün həmin ərazidə hektarlarla torpaq sahəsinə, minlər baş mal-maqaraya sahibdir: “M.Əvəzovun Xızı torpaqları və oradakı fermer yataqlarına marağı onun Novxanıda bələdiyyə sədri vəzifəsində çalışdığı ilk dövrdən başlayıb. Bələdiyyə sədri olduğu dövrdə “torpaq bolluğuna” düşən və Novxanıda hektarlarla torpaq sahəsinə yiyələnən M.Əvəzov Xızıda nəhəng fermer təsərrüfatı qurmaq istiqamətində ciddi addımlar atmağa başladı. Çox keçmədi ki, Xızıda hektarlarla torpaq sahəsini ələ keçirən M.Əvəzov xeyli sayda mal-qara sürülərinin də sahibinə çevrildi. M.Əvəzov zamanla öz biznesini daha da genişləndirdi ki, nəticədə Xızı və ətraf ərazilərin ən zəngin fermerinə çevrildi. Bu gün M.Əvəzov yalnzı Xızıda deyil, bütün Bakıətrafı ərazilərdə ən varlı fermer kimi tanınmaqdadır”.

Məhərrəm Əvəzovu Xızıya nə apardı?

Mənbənin sözlərinə görə, M.Əvəzovun fermer təsərrüfatını Novxanı və qonşu kəndlərdə deyil, məhz Xızı və Xızıətrafı ərazilərdə yaratması heç də təsadüfi deyil: “M.Əvəzovun fermer təsərrüfatını Novxanıda deyil, Xızıda yaratmasının öz səbəbləri mövcuddur. Bu səbəblərdən ən başlıcası M.Əvəzovun gözdən-könüldən mümkün qədər uzaq olmaq istəyidir. M.Əvəzov yaxşı başa düşürdü ki, öz fermər təsərrüfatını Novxanıda yaratsa, o zaman daha çox diqqət mərkəzində olacaq. Bu, M.Əvəzov üçün çoxlu sayda gərəksiz söz-söhbətə səbəb olmaqla yanaşı, onu əlaqədar qurumların da hədəfinə çevirə bilərdi. Məhz bu səbəbdən də sabiq bələdiyyə sədri fermer imperiyasını Xızıda qurmağa qərar verdi.
M.Əvəzovu Xızıya həvəsləndirən digər bir amil isə bu ərazilərdə fermer təsərrüfatı üçün daha əlverişli şəraitin mövcudluğu idi. Yalnız Xızıda deyil, Xızı ilə digər qonşu yaşayış məskənləri arasındakı ucsuz-bucaqsız ərazilər “Novxanı fatehi”nin yolunu gözləyirdi və M.Əvəzov bu torpaqların gözünü çox da yolda qoymadı. Qısa müddət ərzində Xızıda qurduğu böyük fermer təsərrüfatı onu adını Xızıətrafı ərazilərdə məşhur etdi”.

Novxanı torpağının qoxusunu verən Xızı qoyunu

M.Əvəzovun Xızıda qurduğu fermer təsərrüfatının nüvəsində Novxanı torpaqları və bu torpaqların satışından əldə edilən külli miqdarda maliyyə vəsaiti dayanır. Bu haqda tam məlumatlı olan mənbə cumhuriyyet.az-a deyir: “Aydındır ki, M.Əvəzovun Xızıda böyük fermer təsərrüfatı qurması üçün onun ilk növbədə böyük maliyyə vəsaitinə ehtiyacı var idi ki, bu vəsaiti hektar-hektar satılan Novxanı torpaqları təmin edirdi. Məhz həmin torpaq sahələrinin satışı nəticəsində gen-bol maliyyə ehtiyatına yiyələnən M.Əvəzov Xızıda hektarlarla əraziyə, minlərlə baş qoyun-quzu, mal-qara sürüsünə malik ola bildi. Bu səbəbdən də bu gün M.Əvəzovun Xızıdakı qoyun-quzusundan söz düşən zaman bəzi kənd sakinləri həmin qoyun-quzudan Novxanı torpağının qoxusunun gəldiyini söyləyir. Bununla onlar həmin sürülərin Novxanı torpağı hesabına alındığına işarə edir. M.Əvəzovun getdikcə genişlənməkdə olan fermer təsərrüfatı və biznes fəaliyyətinə diqqət çəkən bəzi şəxslər isə bu gedişlə Novxanı torpağının qoxusunun hələ çox rayon və qəsəbələrdən gələcəyini iddia edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=31359

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728