Kilsəyə qarşı şok cəsusluq ittihamı

03.01.2014 - 16:35

Culian Assanc: “Katolik kilsəsi tövbələr sistemi vasitəsilə casusluq edib, kilsəyə
gələnlərin həyatını izləyib”

 

BBC holdinqinə daxil olan “Radio 4” radiostansiyası
WikiLeaks saytının banisi Culian Assancın bir çıxışına görə kəskin
tənqidlərə məruz qalıb. Məlumatda deyilir ki, C.Assan həmin çıxışında katolik kilsəsinin
əleyhinə danışıb. “The Australian” nəşrinin yaydığı xəbərdə deyilir ki,
Assancın həmin qalmaqallı moizəsi efirə britaniyalı müğənni Pi Cey Harvi
tərəfindən buraxılıb. Yeri gəlmişkən, xanım Harvinin özü də “Radio 4″ün
efirində yayımlanan “Today” səhər proqramına qonaq-aparıcı kimi dəvət
olunubmuş.

C.Assanc proqramın adətən din haqda söhbət gedən ənənəvi hissəsində
çıxış edərək bildirib ki, xristianlıq tarixindəki protestant islahatları
sadəcə dini yox, həm də siyasi xarakterli hərəkat idi. C.Assanc deyib
ki, katolisizm dindarların azadlığını məhdudlaşdırıb.

“Katolik kilsəsi tövbələr sistemi vasitəsilə casusluq edib, kilsəyə
gələnlərin həyatını izləyib. Latın dilində oxunan moizələr isə bu dili
başa düşməyən insanların dini anlamağına maneçilik törədib. İnsanların
bilmək, öyrənmək hüququnu müdafiə etmək lazımdır” – deyə WikiLeaks-in
banisi bildirib.

“The Telegraph” isə öz növbəsində bildirir ki, verilişin digər
hissələrində səslənən fikirlər də tənqid olunub. Məsələn, bildirilib ki,
müğənni Pi Cey Harvi də BBC-də öz solçu görüşlərini yayır. Onun dəvət
etdiyi jurnalist Con Pilcer isə ABŞ prezidenti Barak Obamanı,
Britaniyanın baş naziri Devid Kameronu tənqid edib. Vəkil Fil Şayner isə
britaniyalı əsgərlərin işgəncələrinə məruz qalan iraqlıları müdafiə
edib.

BBC-nin proqramını tənqid edənlər arasında Britaniyanın Uels işləri
üzrə naziri Devid Cons və BBC-nin siyasi redaktoru Nik Robinson da var.

Yada salaq ki, WikiLeaks-in  banisi C.Assanc hələ də Ekvadorun
Londondakı səfirliyinin ərazisindədir. C.Assanc ona görə bu səfirliyə
sığınıb ki, İsveçə ekstradisiya olunmaqdan qurtulsun. O düşünür ki,
İsveçə getsə, onu ABŞ-a təhvil verəcəklər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3136

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031