Daha iki nazirimiz quda olur
Qohumluq estafetində Əli Abbasovla Etibar Pirverdiyev
məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli
Abbasovla “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev övladlarının
toyuna hazırlaşırlar. Belə ki, nazir Əli Abbasovun oğlu Eldar Abbasov
Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailə həyatı qurur.
Gənclərin toy mərasimi yanvarın 10-da “Buta Palace”da keçiriləcək.
Toya yüksək vəzifəli dövlət məmurları, qohumlar, şou-biznesin tanınmış
nümayəndələri, həmçinin, bəylə-gəlinin dostları, tələbə yoldaşları
dəvətlidir.
Xatırladaq ki, Eldar Abbasovla Dünya Pirverdiyeva ali təhsillərini
Londonda alsalar da, Bakıda tanış olublar. Bu evlilik gənclərin öz
seçimidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3137