Ərdoğan 2013-də neçə dəfə çaşıb?
Məscid yıxmaqdan İraq Kürdüstanınadək…
Məscid yıxmaqdan İraq Kürdüstanınadək…
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 2013-cü ildə çıxışlarındakı bəzi ifadələrlə diqqəti çəkib. Türkiyə mətbuatına istinadən həmin ifadələri təqdim edirik:
“Vandallar”: “Gezi” Parkın hadisələri zamanı bu parkda gecələyənlərə xitabən söyləyib.
“Polis qəhrəmanlıq dastanı yazdı”: Gezi hadisələri zamanı polisə təşəkkür edərkən söyləyib.
“İraq Kürdistanı”: Diyarbəkirdə Bərzanini salamlayarkən ilk dəfə bu ifadəni işlədib.
“Sisi Pisi” : Misirdə çevriliş edən general Sisi haqqinda danışarkən bu ifadədən istifadə edib.
“Dəməşqdəki yezid”: Suriya dövlət başçısı Bəşər Əsəd barədə danışarkən onu belə adlandırıb.
“Valimizi yedirtmərik”: Vətəndaşları təhqir edən Adana valisi Hüseyn
Avni Coşun istefasını tələb edən müxalifətə xitabən belə deyib.
“Qızlı-oğlanlı”: Universitet tələbələrinin qızlı-oğlanlı bir evdə qalmasını tənqid edərkən deyib.
“Lazım gəlsə məscidi də yıxarıq”: Yol çəkmək üçün qarşıya çıxan bütün
əngəlləri aradan qaldırmaq iqtidarında olduqlarını bildirmək üçün
söyləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3144