Zaur Həsənovun əleyhinə qərar verən hakimlər

04.01.2014 - 02:05

Qarabağ Qazisinin qanına əli batmış daha dörd nəfərin adı bəlli oldu


Qarabağ Qazisinin qanına əli batmış daha dörd nəfərin adı bəlli oldu

Dekabrın
25-də üzərinə benzin tökərək özünü yandıran, üç gün xəstəxanada qalandan sonra
da dünyasını dəyişən II qrup Qarabağ əlili Zaur Həsənovun ölümündən sonra onun
problemləri ilə bağlı müxtəlif araşdırmalar aparıldı.
Hamı bu məsələ ilə maraqlanır,
onun haqqında daha çox bilgi toplamağa çalışırdı. Zaur Həsənovun vəfatından əvvəl
və sonra çox şeylər oldu. Qazi hələ dünyasını dəyişməmişdən öncə prezident
İlham Əliyev işə şəxsən müdaxilə etdi, müvafiq tapşırıqlar verdi. Bu
tapşırıqlardan sonra Qarabağ qazisinin ailəsinə onun hələ vəfatından əvvəl
maddi yardım edildi, dəstək ifadə olundu, ölümündən sonra isə yas mərasiminin
bütün xərcləri ödənildi.

Qazinin ölümündən sonra onu ölüm həddinə çatdıran problemlər, səbəblər, bu işdə əli olanlar haqda da ən müxtəlif fikirlər bildirilidi. Z.Həsənov ölümündən əvvəl dəfələrlə bu məsələdə ilk günahkarın Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Mehbalıyev olduğunu deyirdi.

Qarabağ qazisi özünü yandırdıqdan sonra onun borclu olduğu banklar, onun obyektini əlindən alan AHİK rəhbərliyi, bu məsələdə günahkar olan məmurlar, hakimlər ciddi şəkildə tənqid hədəfinə çevirildi.

Z.Həsənov ölümündən əvvəl mətbuata açıqlamalarında haqlı tərəf olduğu halda da bütün məhkəmə proseslərində S.Mehbalıyevə uduzduğunu deyirdi. AHİK rəhbərliyi də məhkəmə qərarlarını əsas gətirərək Z.Həsənovun yalan danışdığını, obyekt söküldüyü üçün əlilə heç bir kompensasiyanın ödənilməyəcəyini deyirdi. Lakin ödənildi. Həm də AHİKin hesabına…

Bunlar artıq arxada qalıb. Bu işdə çoxunun bəlkə xüsusi diqqət yetirmədiyi bir məqam da var. Bu da Qarabağ qazisinin məhkəmə proseslərində onun əleyhinə qərar çıxaran hakimlərin kimliyidir.

Virtualaz.org saytı Z.Həsənovun S.Mehbalıyevə uduzduğu məhkəmələrdə işə
baxan hakimlərin siyahısını təqdim edir:

1. Zaur Həsənovun işi üzrə onun əleyhinə qərar çıxaran 1 saylı Bakı Yerli
İqtisad Məhkəməsinin (indi 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi) hakimi Müseyib
Bayramov.

2. Daha sonra həmin qərarı qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsininhakimi Elmira
Nağıyeva (əldə edilən məlumata görə, Elmira Nağıyeva Səttar
Mehbalıyevin müavinlərindən birinin qardaşı qızıdır).

3. Z.Həsənovun əleyhinə verilən əvvУ™lki iki məhkəmə hökmünü qüvvədə saxlayan
Ali Məhkəmənin hakimi Azər Hüseynov.

4. Sonda isə Ali Məhkəmənin sədri Ramiz Rzayev (onun Səttar
Mehbalıyevlə yaxın dostluq əlaqələrinin olduğu deyilir).

Bax belə. Necə deyərlər, şərhsiz…

<!–
[if gte mso 9]>

Normal
0

false
false
false

EN-GB
X-NONE
X-NONE

<!–
[if gte mso 9]>

<!–
[if gte mso 10]>
/* Style Definitions */
table.MsoNormalTable
{mso-style-name:”Обычная таблица”;
mso-tstyle-rowband-size:0;
mso-tstyle-colband-size:0;
mso-style-noshow:yes;
mso-style-priority:99;
mso-style-qformat:yes;
mso-style-parent:””;
mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt;
mso-para-margin:0cm;
mso-para-margin-bottom:.0001pt;
mso-pagination:widow-orphan;
font-size:11.0pt;
font-family:”Calibri”,”sans-serif”;
mso-ascii-font-family:Calibri;
mso-ascii-theme-font:minor-latin;
mso-fareast-font-family:”Times New Roman”;
mso-fareast-theme-font:minor-fareast;
mso-hansi-font-family:Calibri;
mso-hansi-theme-font:minor-latin;
mso-bidi-font-family:”Times New Roman”;
mso-bidi-theme-font:minor-bidi;}

Short URL: http://www.cumhuriyyet.net/?p=3148

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031