Ispaniya ikiyə bölünür

04.01.2014 - 08:25

Kataloniya Avropa İttifaqından müstəqilliyinə dəstək istəyib

 
“Reuters” xəbər agentliyinin məlumatına görə, ispan mərkəzi hökuməti ilə
getdikcə artan qızğın mübarizələr səbəbindən, bu ilin noyabrında
Kataloniya öz müstəqilliyi uğrunda səsvermə keçirməyi planlaşdırır.
Kataloniya prezidenti dəstək üçün Avropa İttifaqının şurasına müraciət
edib. Dekabrdan başlayan və yanvarın 2-dən ictimaiyyətə açıqlanan
məktublarda Kataloniya prezidenti Artur Mas Avropa qüvvələrinə bildirib
ki, İspaniya baş naziri Mariano Raxoyun sağ-mərkəz hakimiyyəti
konstitusiyaya ziddir və cənab Raxoyun keçirilməsinə mane olacağını
dediyi referendumun təşkilində ona kömək etməyi xahiş edib.

Kataloniyanın
mübarizəsi yəqin ki, bu il resessiyadan təzə çıxan və 2015-ci il
seçkilərinə hazırlaşan İspaniyanın siyasi gündəliyindən düşməyəcək. “Bəzi
məruzələrin əksinə olaraq, Kataloniyada referendumun keçirilməsinə
imkan verən bir neçə qanuni və konstitusional mexanizmlər vardır” –
cənab Masın dekabrın 20-də alman Kansleri Angela Merkelə ünvanladığı
məktubda belə deyilir. Qeyd edək ki, qalan 27 Avropa liderinə
göndərilmiş eyni müraciəti o, öz rəsmi vebsaytında da yerləşdirib.
“Mən
çox arxayınam ki, özümün və Kataloniya əhalisinin böyük əksəriyyətinin
inandığı dinc, demokratik, şəffaf Avropa proseslərinin müdafiə
olunmasında sizə etibar edə bilərəm”, cənab Mas deyib. Bundan əlavə, Şotlandiyada da bu il səsvermə keçirilsə də, cənab Mas öz qeydində Britaniyanın adını çəkməyib. Qeyd
edək ki, İspaniya mərkəzi hökumətini çətin vəziyyətə salmaqdan əlavə,
aparılan beynəlxalq kampaniya taktiki məqsəd daşıyır, Kataloniya hakim
partiyası və vətəndaş qrupları diqqətlə beynəlxalq tribunallarda baş
verə biləcək “oyunun sonunu” gözləyirlər.
Raxoy və Mas arasında
heç bir siyasi razılıq əldə olunmayıb. Cənab Raxoyun isə milli parlament
və Ali məhkəmənin köməyi ilə referendum keçirilməsinə qarşı bütün
cəhdləri edəcəyi gözlənilir. Bu halda, Mas seçkiləri tezləşdirə
bilər. İctimai rəy sorğuları göstərir ki, daha radikal müstəqillik
partiyası olan Kataloniya Sol Respublikaçılar partiyasının (ERC)
seçkilərdə qalib gəlmə ehtimalı çoxdur. Partiyanın liderləri bildirirlər
ki, lazım gələrsə, beynəlxalq məhkəmələr səviyyəsinə qədər öz
mübarizələrini davam etdirəcəklər.

Yerli hökumət Avropa İttifaqı
liderlərinə məktubdan əlavə, dekabr ayı ərzində xarici ölkələrə Avropa
İttifaqında ixracatyönümlü iqtisadiyyatda öz rolunu sadalamaqla, üzv
ölkə kimi qalmaq istədiyini bildirdiyi 45 memorandum da göndərib.Qeyd
edək ki, Kataloniyanın müstəqilliyi ilə bağlı ictimai rəy sorğularının
nəticələri müxtəlifdir. Bəzi sorğularda İspaniyadan tamamilə ayrılmağa
35 faiz, bəzilərində isə 50 faizə yaxın səs verilib. Lakin sorğular
əsaslı surətdə göstərir ki, kataloniyalılar qərar vermə hüquqlarının
olmasını və Raxoy hökumətinin səsvermə keçirilməsinə icazə verməsini
istəyirlər.
eunews.az
 

Short URL: http://www.cumhuriyyet.net/?p=3155

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930