Sabunçuda manyak

saatlarında Sabunçu rayonu ərazisində dəmir yolu stansiyasında daha bir
dəhşətli qətl hadisəsi baş verib. Dəmir Yolu stansiyasının kənarında
boğazı kəsilmiş halda 30-35 yaşlı naməlum kişi meyiti tapılıb. Bu, artıq
son bir ay ərzində Sabunçu vağzalı ərazisində baş verən ikinci dəhşətli
qətl hadisəsidir.
Dekabrın 16-da naməlum şəxs 1961-ci il təvəllüdlü qəsəbə sakini
Məmmədvəli Məmmədovun ürəyindən bıçaq zərbəsi vurduqdan sonra onun
boğazını kəsərək qətlə yetirib. Hadisə şahidlərinin verdiyi ifadələrə
baxmayaraq, polisin cinayətkarı yaxalayaraq məsuliyyətə cəlb etməklə
bağlı göstərdiyi cəhdlər hələ ki, uğursuz alınır. Məmmədəli Məmmədovun
qətlindən sonra eyni ərazidə daha bir naməlum şəxsin eyni metodla qətlə
yetirilməsi və daha əvvəlki cinayətin üstünün açılmaması, ətraf ərazidə
yaşayan sakinləri qorxuya salıb. Onlar rayonda qatil manyakın peyda
olduğunu düşünürlər. Elə buna görə də, qətllərin baş verdiyi dəmir yol
zolağının ətrafında yaşayan sakinlər hava qaraldıqdan sonra çölə
çıxmamağa üstünlük verirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3156