Eldar Əziziv Nazirlər Kabinetini saymadı
İcra başçısı bayram günü vətəndaşları işə çıxarıb
başçısı Eldar Əzizov yeni ilin ilk günlərinin rəsmi şəkildə qeyri-iş günü elan
edilməsinə baxmayaraq, büdcədən maliyyələşən idarələrin əməkdaşlarını işə cəlb
edib. Bu barədə bizi bilgiləndirən mənbənin sözlərinə görə, dünən
və bu gün Sumqayıtda “Sülh” küçəsindəki parkda quruculuq işləri həyata keçirilməkdədir:
“Son iki gündür ki, Sumqayıt şəhərində yerləşən əlaqədar qurumların əməkdaşları
park və xiyabanların abadlaşdırılması prosesinə cəlb edilib. Səhər saatlarından
axşama qədər köhnə səkilərin yeniləri ilə əvəzlənməsi, fəvvarələrin
quraşdırılması və s. kimi işlərlə məşğul olan fəhlələr, bayram günlərində işə cəlb
edilməklərindən ciddi şəkildə narazı olsalar da, öz etirazlarını açıq formada
ortaya qoya bilmirlər. E.Əzizovun “quruculuq eşqi”nin qurbanları olan fəhlələr
iddia edir ki, hər hansı narazılıq dərhal işdən azad olunma ilə nəticələnir ki,
bu da ciddi işsizlik probleminin mövcud olduğu indiki zamanda böyük problemdir.
Məhz bu səbəbdən də onlarla fəhlə öz iş yerini qorumaq üçün bayram günü də işləməyə,
istirahət günlərində belə çalışmağa məcburdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3158