Müdafiə Nazirliyində ixtisar təşvişi

04.01.2014 - 09:31

Yüzlərlə hərbi qulluqçu işsiz qala bilər

 

“Müdafiə Nazirliyinə tabe müəssisələrdə
ixtisarlar baş verə bilər”. Bu barədə bizi özəl mənbə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, nazirliyə tabe müəssisələrdə bununla bağlı ciddi
narahatlq müşahidə edilməkdədir: “Zakir Həsənovun müdafiə naziri postuna təyin
edilməsindən sonra nazirlikdə ciddi kadr islahatları həyata keçirildi ki, bu
islahatlar istər cəmiyyət, istərsə də nazirlik daxilində birmənalı
qarşılanmadı. Lakin bütün hallarda baş verənlər ali zabit elitası xaricində digər
hərbçilərin yaşam və fəaliyyətinə təsir göstərmədi. Lakin son günlər nazirliyə
daxil olan müəssisələrdə mühüm ixtisarların həyata keçirilməsi gözlənilir ki,
bu da yüzlərlə hərbi qulluqçunun işsiz qalması deməkdir. Məhz bu səbəbdən də ixtisarlarla
bağlı gözlənti Müdafiə Nazirliyinə tabe müəssisələrdə ciddi narahatlığa səbəb
olmaqdadır”.

Mənbənin bildirdiyinə görə,
ixtisarların daha çox maddi-texniki təchizat idarələrini əhatə edəcəyi gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3160

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031