Daha bir Qarabağ qazisindən şok etiraz

ev verilsə də Qarbağ qazisi hələ də evini ala bilməyib
Qarabağ qazisi, Yusif Rzayev çıxılmaz vəziyyətdədir. Bu haqda moderator.az-a açıqlamasında qazinin əmisi
oğlu Bəhram Rzayev bildirib.
Bəhram Rzayevin sözlərinə görə, əmisi oğlu müraciət
etdiyi dövlət qurumlarında laqeydliklə üzləşməkdədir:”5 il öncə prezidentin sərəncamı ilə Yusif Rzayevə
ev verilsə də Qarbağ qazisi hələ də evini ala bilməyib. Bütün yerli təşkilatlar
onu aldadaraq get-gələ salırlar.
Bəhram
Rzayevin sözlərinə görə, Tovuz Rayonu icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Yusif Rzayevi bu günə kimi çox get-gələ salıb:
“Əmim oğlunun sözlərinə görə o, dəfələrlə İcra Hakimiyyətinin binasında
olub, onu orda saatlarla gözlədiblər. Lakin
bütün bunlara baxmayaraq onun heç bir problemi həll olunmayıb. Bir müddət öncə
isə, sinirlərinə hakim ola bilməyən Yusif Rzayev İcra Hakimiyyətinin binasının
şüşələrini belə sındırmışdı.”
danışıq qabiliyyətini də itirib: “Yusif Rzayev
8 dəfə əməliyyat olunub vəonun
boğazına plastik boru qoyulub. Bu boru
isə hal-hazırda sınıb. Qazi əməliyyat üçün bütün əlaqədar qurumlara müraciət
etsə də, onun səsinə səs verən tapılmayıb. Bütün bu haqsızlıqlardan bezən Yusif
Rzayev özünü yandıraraq intihar etmiş Zaur Həsənov kimi canına qəst etmək həddində
çatıb. Qarabağ qazisi Ermənistan xalqı və prezidentindən onlara qarşı
vuruşduğuna görə, üzr istəyib bu ölkənin vətəndaşlığını qəbul etmək istəyir.”
Short URL: http://www.cumhuriyyet.net/?p=3161