Azərbaycanda gediş haqlarında şok bahalaşma

04.01.2014 - 15:06

Rayonlardan paytaxta qayıtmaq istəyən vətəndaşlara Ziya Məmmədov sürprizi

Bayram günləri ilə əlaqədar paytaxtdan rayonlara üz tutan vətəndaşlar
həftəsonu geri dönməyə başlayarkən sürprizlə üzləşiblər. Belə ki,
avtovağzallarda sərnişinlərə biletlər bir neçə gün əvvəlkindən 2,5-3
manat baha qiymətə təklif olunub. Musavat.com-a bu barədə məlumat verən
bəzi sərnişinlərin sözlərinə görə, dekabrın 30-da Bakı Avtovağzalındakı
kassadan Bakı-Qax marşrutuna rəsmi qiyməti 6 manat 43 qəpiyə olan bileti
7 manat 50 qəpiyə alıb. Lakin geri dönərkən o və avtobusdakı digər
bütün sərnişinlər qayıdış haqqı olaraq 10 AZN ödəməli olub. Mənbənin
sözlərinə görə, rayon avtovağzalındakı çoxsaylı sərnişinlərin qəfil
qiymət artımına etirazı da heç nəyi dəyişməyib. Sürücülər bunu sərnişin
sıxlığı və yanacağın baha olması ilə “əsaslandırıblar”. Hər bir
iritutumlu avtobusun təqribən 50 nəfər sərnişini daşımasını nəzərə
alsaq, belə çıxır ki, hər reys üçün sərnişinlərdən orta hesabla 120-150
manat artıq pul alınıb. Gələn xəbərlərə görə, qəfil bahalaşma digər
rayonlarda da müşahidə olunub və işbazlar sərnişin sıxlığından daha
artıq qazanc götürmək fürsətini əldən verməyiblər. Xatırladaq ki, ilin
sonlarında nəqliyyat sektorunun rəsmiləri bayramlarla əlaqədar
gücləndirilmiş iş rejiminə keçildiyini, bu mənada sərnişindaşımada heç
bir problemin yaranmayacağını demişdi.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3165

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31