Qorbaçovla Tetçer arasında Azərbaycan söhbəti
30 il öncənin məxfi sənədləri ortaya
çıxıb
Dəmir Ledi Sovet rəhbəri ilə
demokratiya davası aparıb
2014-cü ilin əvvəlində məxfiliyi qaldırılmış Britaniya arxiv sənədləri
Mixail Qorbaçovla Marqaret Tetçer arasında müzakirə edilmiş bəzi mövzulara işıq
saçır. 1984-cü ildə Sovet İttifaqı liderinin Britaniyaya səfəri 400 səhifədək
sənədlə əhatə olunur. “16 dekabr 1984-cü ildə baş nazirlə cənab Qorbaçovun
Çekers iqamətgahındakı nahar vaxtı şəxsi söhbətin qeydləri”, adlı sənəddə bır
sıra yerli və beynəlxaq mövzular arasında Azərbaycanın adı da çəkilir.Həmin
sənədin xülasəsi ilə aşağıda tanış ola bilərsiniz:
Baş nazir bütün ölkələrin iftixar və milli hissə malik olduğunu deyib. Bu
Avropanın hər iki hissəsinə aidir. Qorbaçov deyib ki, başqa ölkələrin
maraqlarını öz ölkənə nisbətdə ikinci dərəcəli kimi görmək siyasətin mənəvi
əsası ola bilməz. Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələrinin (1949-cu ildən
1991-ci ilədək bir sıra sosialist ölkələrin üzv olduğu iqtisadi birlik) milli
gəliri Sovet İttifaqının göstəricilərindən daha sürətlə artıb. Bu SSRİ-nin
təmmənasız yardımından xəbər verir. Baş nazir Sovet İttifaqının yetərli
dərəcədə valyutaya malik olub-olmadığını soruşub. Qorbaçov SSRİ-nin kifayət
qədər valyutaya malik olduğunu deyib.
Baş nazir Beynəlxalq Valyuta Fondunun çox faydalı təşkilat olduğunu qeyd
edib. Adamlar öz həyat səviyyələrini öz zəhmətilə artırmaq imkanını istəyirlər.
Bu bütün ölkələrə aiddir. Lakin hökumətlərin pulu yoxdur və onlar daha çox pul
qazanmaq üçün adamlara kömək etməlidirlər. Buna mərkəzləşmiş və qeyri çevik
iqtisadiyyata malik ölkələrdə necə nail oluna bilər? Qorbaçov deyib ki, sosial
və iqtisadi bərabərlik kimi mühüm məsələlərin müsbət şəkildə çözülmədiyi
təqdirdə Sovet İttifaqı çox çətin bir vəziyyətdə qala bilər.
Baş nazir SSRİ-nin bu kimi bərabərliyi nail ola biləcəyini soruşanda cənab
Qorbaçov buna əsasən nail olunduğu bildirib. O, işsizlik probleminin həll
olunduğu deyib. Sovet İttifaqının bu məsələdə yanaşması Qərblə, xüsusilə də
Britaniyada qəbul edilmiş yanaşmadan bir çox cəhətdən fərqlənir. SSRİ-də
işçilərin sayı təkmilləşdirmə kurslarından öncə ixtisara məruz qalır. Əks
praktika sadəcə olaraq işləməyəcəkdi. Artıq standartaşmış təhsil sistemi tətbiq
olunur. Hər şey inkişaf edir. Əlbəttə ölkəni idarə etmək asan deyil, diqqət
tələb edən məsələlər mövcuddur. Plan tutanlar 15 respublikadakı vəziyyəti
nəzərə almalıdırlar və respublikaların özləri də razılıqlarını verməlidirlər.
Bəzi Mərkəzi Asiya respubliklarında doğum səviyyəsi ölkənin digər hissələrindən
daha yuxarıdır. İşçi resurslarının əmələ gəlməsi təhlükəsi var. Ama artıq bu
problemin öhdəsindən gəlinıb. Son 10 il ərzində cənub respublikaları ilə bağlı
vəziyyəti nəzərə almaqla qərarlar qəbul olunub.
İndiyədək kənd təsərrüfatına vurğu edən Azərbaycanın hərtərəfli inkişafı
üzrə proqramlar var. Əvvəl gəncləri cəlb etmək üçün bu bölgələrdə iri sənaye
müəssisələrini yaratmaq ideaları mövcud idi, lakin onlar bir o qədər də düzgün
alınmadı. İndi vurğu kənd bölgələri və sairə yerlərdə gəncləri işlə təmin edə
biləcək yüngül sənayenin kiçik və orta ölçülü müəssisələrin yaradılmasına
edilir. Yüz milyardlarla dollar irriqasiya layihələrinə xərclənib…. Baş nazir
deyib ki, Britaniyada azadlıqlar və hüquqların tam təmin olması ölkədə yad
sistemlərin təbliğatı üçün açıqdır. O, bunun qarşısını almaq fikrində deyil.
Lakin seçkilər vasitəsilə uğur əldə edə bilməyən kommunistlər zorakılığa əl
atırlar.
Qorbaçov Sovet İttifaqının bu yolla gedənlərə yardım etmədiyini deyib. O,
SSRİ-nin Britaniya mədənçilərinin Milli Həmkarlar İttifaqına maliyyə vəsaiti
vermədiyini deyib.(Onu müşaiyət edən Zamyatina baxaraq, “mənim məlumatıma görə”
əlavə edib. ). Baş nazir yaranmış vəziyyətə görə əcnəbi-kommunistləri yox
Britaniyanı suçlamalıdır. “Kapital” Londonda yazılıb. Baş nazir onun sözünü
kəsərək azad ölkədə nəyinki kitab yazmaq hətta onu çap etməyin də mümkün
olduğunu deyib.(BBCazeri)
Short URL: http://www.cumhuriyyet.net/?p=3169