İran paytaxtı dəyişir
Tehranın köçürülməsi ilə əlaqədar işçi qrup yaradılıb
İran paytaxtının başqa bir əraziyə
köçürülməsi prosesi ilə əlaqədar işçi qrup yaradılıb. APA-nın
“Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, daxili işlər naziri
Əbdürrza Rəhmani Fəzli bildirib ki, paytaxtın köçürülməsi planı hələlik
araşdırılma mərhələsindədir: “Hazırda ölkə parlamenti ilə hökumət birgə işçi
qrupu yaradıblar. Bu planı qısa müddətdə həyata keçirmək mümkün deyil. Plan
yalnız uzun müddətə reallaşa bilər”. Nazir hələlik yeni paytaxtın
hansı şəhər olacağı mövzusunda da qərar verilmədiyini deyib.
Qeyd edək ki, ötən il dekabrın 24-də İran
parlamenti ölkə paytaxtının Tehrandan başqa yerə köçürülməsini nəzərdə tutan
planı təsdiqləyib. Plan
yeni paytaxt müəyyənləşdirildikdən sonra Tehranda yerləşən siyasi və inzibati
strukturların köçürülməsini nəzərdə tutur.
Short URL: http://www.cumhuriyyet.net/?p=3174