Ukraynaya qarşı sanksiya mesajı…

05.01.2014 - 13:47

“Ukrayna rəhbərliyi sabiq Baş nazir Yuliya Timoşenkonun azad
edilməsini və son 2 ayda davam edən siyasi böhrana son qoyulmasını təmin
etməzsə, Avropa Birliyi Ukraynaya qarşı sanksiyaları nəzərdən
keçirəcək”. Bunu Kiyevdə səfərdə olan Avropa Parlamentinin
vitse-prezidenti Cianni Pittella keçirdiyi mətbuat konfransında deyib. 
“Ukrayna hökuməti heç nəyə görə dayanmayacaq, bu rəhbərlik üçün
bütün üsullar keçərlidir, amma Avropa Birliyi üçün yox. Mən Avropa
institutlarını Ukraynada demokratik dəyərlərin kobud şəkildə pozulmasını
dayandırmaq üçün bir yol tapmağa çağırıram. İnanıram ki, bəzi sanksiya
formaları tapılacaq və mən avropalı həmkarlarımla bu barədə müzakirələr
aparacağam”.
Mətbuat konfransında Yuliya Timoşenkonun qızı Yevgeniya Timoşenko
da iştirak edib. O, anasının azad ediləcəyinə inandığını deyib. 
“Mənim anam bizim qələbəmizə inanır. O bilir ki, qələbə üçün cəmi
iki amil lazımdır: Ukrayna xalqının gücü və demokratik dünyanın
dəstəyi”.
9 il müddətinə həbs cəzası alan Yuliya Timoşenkonun azad edilməsi
“Avromaydan” hərəkatının da əsas tələblərindən biridir. Ukrayna
prezidenti Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiasiya sazişini
imzalamağa tərəddüd etməsi Avropaya inteqrasiya tərəfdarlarını küçələrə
çıxarıb. Kiyevin Müstəqillik meydanında çadır düşərgəsi quran
etirazçıların aksiyaları ötən gecə də davam edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=3176

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930