İsa Qəmbərlə Eldar Namazov arasında təkbətək məxfi görüş
Müsavat Partiyasının başqanı İsa Qəmbərlə EL hərəkatının
sədri Eldar Namazov arasında görüş olub. Yanvarın 4-də baş tutan görüşdə
başqa heç kim iştirak etməyib.
İsa
Qəmbərlə Eldar Namazovun görüşünün dekabr ayında Müsavatla EL
rəhbərliyi arasında keçirilən görüşün davamı olduğu söylənilir. Böyük
ehtimalla hər iki siyasətçi rəhbərlik etdikləri qurumların arasında
ikitərəfli əməkdaşlıq və Milli Şuranın fəaliyyəti barədə müzakirələr
aparıblar.
Musavat.com-un müxbiri məsələ ilə bağlı ətraflı məlumat əldə etmək
üçün Eldar Namazovla danışıb. Eldar Namazov “Biz vaxtaşırı görüşüb
müzakirələr aparırıq, bu da ənənəvi görüşlərdən biri idi” deyib ətraflı
informasiya verməkdən imtina etdi: “Biz vaxtaşırı dostlarımızla oturub
nahar edir, fikir mübadiləsi aparırıq. Bu cür görüşlər bizim üçün o
qədər adi bir şeydir ki, onunla bağlı mediaya xüsusi informasiya verməyə
ehtiyac görmürük”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3177