Özünü körpüdən atan gəncin adı hələ də bilinmir

05.01.2014 - 13:52

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

 

“Koroğlu” metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan
şəxs özünü körpüdən atacağını söyləyib. Ətrafdakılar Fövqəladə Hallar Nazirliyinə və polisə məlumat veriblər.
Dərhal hadisə yerinə gələn FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin
əməkdaşları və polislər özünü körpüdən atmaq istəyən şəxsi bu fikirdən
dönməyə çağırıblar. Lakin kimliyi məlum olmayan şəxs özünü körpüdən
atıb.

Təxminən 20 yaşlarındakı gənc təcili yardım maşını ilə 3 saylı
şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata
görə, şəxsiyyəti müəyyənləşdirilməyən gəncin həyatını xilas etmək mümkün
olmayıb. 3 saylı klinik xətəxanadan bildirilib ki, şəxs naməlum adı ilə
qeydiyyata götürülüb, vəziyyəti ağır olduğuna görə reanimasiya şöbəsinə
köçürülüb və orada keçinib.

FHN də baş verən hadisə ilə bağlı məlumat yayıb. Məlumatda
bildirilir ki, xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq
üçün təhlükəsizlik yastığı quraşdırılıb. Şəxslə müvafiq psixoloji
söhbətlərin aparılması üçün cəhd edilib. Amma heç bir psixoloji
bağlantıya girməyən gənc intihar niyyətini həyata keçirib.

Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Elçin Hüseynlinin
verdiyi məlumata görə, özünü atan şəxsin kimliyi hələ də araşdırılır.
Müstəntiq bildirib ki, meyitin üzərindən götürülən telefon nömrəsi ilə
də onun yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb. Faktla bağlı
aradşdırma aparılır.

*    *    *

02:36

Bakının Sabunçu rayonunda intihara cəhd olub. “Koroğlu” metro
stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən
atacağını söyləyib.

Ətrafdakılar dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) və
polisə bu barədə məlumat veriblər. Dərhal hadisə yerinə gələn FHN-nin
Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər özünü
körpüdən atmaq istəyən şəxsi bu fikrindən dönməyə çağırıblar. Lakin
kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb.

Təxminən 20 yaşlarındakı gənc təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3178

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930