Əsgər övladını görməyə gedən şəkili ailənin 3 üzvü yol qəzasında öldü
Hadisə Ələt-Astara magistralının 181-ci kilometrliyində – yolun Lənkəran rayonunun Qumbaşı kəndindən keçən hissəsində baş verib
hadisəsi baş verib. Dəhşətli yol qəza hadisəsi bu gün saat 10.30 radələrində Ələt-Astara
magistralının 181-ci kilometrliyində – yolun Lənkəran rayonunun Qumbaşı
kəndindən keçən hissəsində qeydə alınıb.
Şəki rayon sakini Fuad Həsənovun idarə etdiyi “VAZ-2103” markalı minik
avtomobili idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn, Səxavət adlı
sürücünün idarə etdiyi “Volvo” markalı ağır tonnajlı yük maşınının
yoluna çıxaraq onun altına girib.
Nəticədə “VAZ-2103”-ün sürücüsü və avtomobildə olan sərnişinlər- həyat
yoldaşı ilə qızı hadisə yerində ölüblər. Hər üç şəxsin meyiti
deformasiyaya uğramış avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin
Məhkəmə Tibbi Ekspertiza Birliyinin Lənkəran rayon şöbəsinə təhvil
verilib.
İlkin versiya kimi hadisəyə “VAZ-2103” markalı avtomobilin sürücüsünün
sükan arxasında yuxulayaraq “Volvo”nun yoluna çıxması səbəb göstərilir.
Qəzaya uğramış ailə Lənkəranda hərbi qulluq keçən övladlarının yanına
gedirmiş.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin
istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=3181